Şrift:
Obama İrana qarşı sanksiyaları üzrə konqresə güzəşt etdi
16.04.2015 [09:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair Amerika hökuməti və parlamentinin fəaliyyətlərinin koordinasiyası ilə bağlı konqreslə razılığa gəlib


Obama öz qərarına yenidən baxıb və senatın beynəlxalq əlaqələr komitəsində hər iki partiyanın nümayəndələrinin dəstəklədiyi qanun layihəsini imzalayacaq. Qanun layihəsi konqresin İranla hər hansı razılaşmanı rədd etmək hüququnu nəzərdə tutur.

Amerika prezidenti İrana qarşı konqresin qərarları ilə yox, yalnız özünün əmrləri ilə tətbiq edilmiş sanksiyaları ləğv edə bilər.

Dünyanın aparıcı dövlətləri İranı beynəlxalq sanksiyaların ləğvi müqabilində öz nüvə proqramından imtina etməyə inandırmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 630 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed