16.04.2015 [09:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı fəal Abbas Lisani 1 il həbs cəzasına məhkum edilib. Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsi martın 25-də məhkəmə qərarını yazılı olaraq elan edib. Bu qərar o halda çıxarılıb ki, azərbaycanlı fəal məhkəmə iclasının qapalı keçirilməsinə etiraz olaraq iclasa qatılmaqdan imtina edib. Lakin azərbaycanlı fəalın məhkəmə iclasının açıq keçirilməsinə dair tələbi məhkəmə tərəfindən rədd edilib.
A.Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır. Həmin dosyeyə görə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq kimi qondarma ittihamlarla suçlanıb.
Bildirək ki, məhkəmənin yazılı qərarı martın 25-də ona elan olunub, lakin bu xəbər mətndə yazılan müəyyən məsələlərə görə (Milli Hərəkata bəzi zehniyyətlərin aşılanması məqsədi güdən fikirlər nəzərdə tutulur) etiraz məktubunun hazırlanmasına qədər mətbuata çıxarılmayıb. Hökm aprelin 6-da yenidən elan olunub.
Xatırladaq ki, adını çəkdiyimiz milli-mədəni fəal aktiv mədəni fəaliyyətləri ilə seçilən fəallardan biridir. O Babək Qalası, Urmu Gölü etirazları, türkcə dərgilərin nəşr edilib və yayılması, Səttarxanın məzarı üstü mərasimi və digər yığıncaqlarda aktiv iştirakçılardan olub və bu kimi fəaliyyətlərinə görə, uzun illərdir İran təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb. Cənab Lisani Azərbaycanın demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər məhbus həyatı yaşayıb.

Bu xəbər oxucular tərəfindən 725 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |