Şrift:
Volkan Bozkır: Avropa Parlamentinin qərarı tarixi və hüquqi gerçəyi əks etdirmir
16.04.2015 [09:42] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Avropa Birliyi (AB) üzrə naziri Volkan Bozkır Avropa Parlamentinin qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qətnaməsini şərh edib.

Anadolu agentliyinin verdiyi məlumata görə, Türkiyənin nümayiş etdirdiyi xoş niyyətə qarşı AP bu qərarı ilə tarixi siyasətə alət edib.

Volkan Bozkır bildirib ki, bu qərar tarixi və hüquqi gerçəyi əks etdirmir. Ona görə də Türkiyə və Türk milləti üçün heç bir əhəmiyyət daşımır. Onun sözlərinə görə, Avropa Parlamenti bu qərarı ilə ayrı-seçkilik yaradıb: "Avropa Parlamenti Birinci Dünya Müharibəsində həlak olmuş Türk və Müsəlman xalqların uğradığı faciələri görməzdən gəlib, sadəcə ermənilərin acılarını önə çıxarıb”.

Nazir qeyd edib ki, 1915-ci il hadisələri Türkiyəyə qarşı bəhanə olaraq istifadə edilir: “Bu məsələnin siyasi mübarizə mövzusu kimi təqdim edilməsi qəbuledilməzdir”.

Qeyd edək ki, bu gün Avropa PArlamenti qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair Qətnamə qəbul edib.
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed