Şrift:
QULİYEV FƏRƏC İBRAHİM OĞLU - MDHP Sədri, Millət Vəkili
QULİYEV FƏRƏC İBRAHİM OĞLU - MDHP Sədri, Millət Vəkili
22.12.2011 [00:02] - REKLAM SAHƏSİ, Fərəc Quliyev
Doğum tarixi: 22 dekabr 1962-ci il
Doğum yeri: Üstüpü, Ordubad, Naxçıvan MR
Uşağı: 3 oğlu var
Milliyyəti: Türk
Fəaliyyəti: MDHP lideri, millət vəkili
Quliyev Fərəc İbrahim oğlu — Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) lideri.


Fərəc Quliyev 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1980-cı ildə orta məktəbi, 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini bitirib. 1989–1993-cü illərdə Azərbaycan Xalq Cəhbəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəhbəsi İcraiyyə komitəsinin sədri, Ə.Elçibəyin 1-ci müavini olmuşdur. 1990-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, Demokratik Blokun üzvü olmuşdur. Parlamentdə "müstəqillik aktı"nın həmmüəlliflərindəndir.
Azərbaycanda ilk dəfə Ordubad rayonu ərazisində 5 sərhəd zastavasını rus ordusundan təhvil alıb milliləşdirilməsinin, bu ərazidəki bütün Sovet ordusuna məxsus əmlak, silah və texnikanın milliləşdirilməsinin həyata keçirilməsinə rəhbərlik etmişdir.
1990-cı il Yanvar qırğınından sonra Bakıda rus işğalçılarına qeyri-leqal dirəniş üçün Güney Azərbaycandan olan hərakatçıların da iştirakı ilə yarım hərbi "Qisas" təşkilatı formalaşdırmışdır.
1989-cu ildə Sərhəd Hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşdur. Naxçıvanda ən yüksək zirvədə yerləşən "Soyuq" adlı Uzaq Şərqə nəzarət edən radiolokasiya sistemi qurulmuş hərbi hissəni 1991-ci il dekabrın 17-də rus-erməni hərbi birliklərindən 24 nəfərlə birlilkdə ələ keçirmişdir. İndi orada Azərbaycan milli ordusunun hərbi hissəsi yerləşib. Bu əməliyyat itkisiz ötüşsə də 5 nəfər döyüşçümüzün ayaqlarını soyuq aparmış və müxtəlif hissələrdən amputasiya olunmuşdur. Bu əməliyyata görə prezident Ə.Elçibəy tərəfindən "milli qəhrəman" adına layiq görülsə də, bu addan imtina etmişdir.
Ordubadda Azərbaycan milli ordusunun təməli olan özünümüdafiə –könüllü batalyonların yaradılmasına rəhbərlik etmişdir.
1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olmuşdur. Məhbəsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilmişdir.
2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresinin idarə heyəti üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. DAK Azərbaycan nümayəndəliyi rəhbərliyinin dünya azərbaycanlıları arasında yaratdığı dostluq körpüsünə görə "Qafqaz-Media" İctimai Birliyinin təsis etdiyi "Qız Qalası" diplomu ilə təltif olunmuşdur.
2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırmış, 07.05.2005-ci il tarixdə 1-ci qurultayda MDH sədri seçilmişdir.
"Yeni Dirçəliş" qəzetinin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün "qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis etmiş, "Yeni Dirçəliş" qəzeti ilə birgə çapını reallaşdırmışdır.
Şito-Ryu Karate Do federasiyasının fəxri prezidentidir. "Sportivnaya Rossiya" Beynəlxalq Döyüş Sənəti festivalında Azərbaycan yığma komandasına xüsusi dəstəyin təşkilinə görə beynəlxalq sertifikata və medala layiq görülüb.
7 noyabr 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür.
Əlavə hüquq təhsili almışdır. 5 kitab və elmi-nəzəri məqalələr müəllifidir. Sambo üzrə idman ustasıdır. Ailəlidir. 3 övladı var.


MDHP sədri, Millət Vəkili FƏRƏC QULİYEVİN Parlamentdəki çıxışları, müsahibələri...
Fəaliyyəti ilə bağlı Sizi maraqlandıran nələr varsa...BURADAN İZLƏYİN
...
Bu xəbər oxucular tərəfindən 7368 dəfə izlənilmişdir!
.
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed