Şrift:
Fərəc Quliyev: Məmurlar mətbuatla əməkdaşlıqda maraqlı olmalıdır və onlara heç bir zaman basqı etməməlidir
16.04.2015 [14:13] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bu sözləri Xalqxeber.Az-a açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.

Qanunlar hamı üçün bərabərdir və hər kəs də qanun qarşısında cavabdehdir. Bir ölkədə ki, qanunlar şah olmayacaqsa, hər kəs onun qarşısında bərabar olmayacaqsa o zaman ədalətdən söhbət gedə bilməz. Mən hesab etmirəm ki, birisi jurnalist və media orqanının rəhbəridir, mütləq onun bir xüsusi imtiyazları var, güzeşt edilir. Adamlar yazdıqları şəxslərə hörmətlə yanaşmalıdır və diqqət eləməlidirlər. Əlbətdə məmurlarda tənqidlə, təhqiri ayırmağı bacarmalıdırlar. Məmurlar mətbuatla əlaqəli işləməlidirlər və əməkdaşlıq eləmək lazımdır. Jurnalistlərə gizlilik sərgiləmək lazım deyil. Məmurlar jurnalistin suallarını cavablandırmalıdır və yazdıqları informasiyaya münasibət bildirməlidir. Mən deyərdim ki, bunlar çox normal məsələlərdir. Ümumiyytələ ictimaətlə və cəmiyyətlə əlaqələr qurmaq üçün mətbuatın rolu əvəzolunmazdır hətta danılmazdır. Jurnalistika müasir dövrdə bütün dünyada ordudan belə güclüdür. Ümumiyyətlə bu sistem milli maraqlara xidmət etməlidir, dövlətin möhkəmləndirilməsinə səy göstərməlidir. Məmurlarda bu böyük resursla əməkdaşlıqda maraqlı olmalıdırlar və onlara heç bir zaman basqı etməməlidirlər. Amma bəzi məmurlar bu əməkdaşlıqdan qaçırlar və yaxalarını geri çəkirlər. Arzu edərdim ki, məmurlar mətbuata açıq olardılar və onları məhkəməyə vermək niyyətindən əl çəkərdilər. Çünki mətbuat xalqın aynasıdır. Mən millət vəkili olaraq hər zaman mətbuata açıq olmuşam və tənqidlərə dözümlü yanaşmışam. Bütün mətbuat nümayəndələrinin yanında olmuşam və bundan sonrakı dövrlərdə də onlara dəstək olmağa hazıram.





Xalqxeber.Az
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed