Şrift:
Fərəc QULİYEV: - Bəzi dairələr Azərbaycanın müsbət imic qazanmasından narahat olurlar
16.04.2015 [14:34] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Bakı Avropa Oyunları yaxınlaşdıqca beynəlxalq anti-Azərbaycan qüvvələri kimi tanınan "Fredoom House", "Amnesty İnternational" adıçəkilən oyunları boykota çağırıb və bununla bağlı Avropa ölkələrinə müraciət edir. Erməni lobbiçiliyinin təsiri altında bir sıra qurumlar “Eurovision-2012”də olduğu kimi, bu dəfə də ciddi-cəhdlərlə ölkəmizdə qarşıdırmalar yaratmağa çalışırlar.

Məsələ ilə bağlı Hafta.az-a danışan millət vəkili Fərəc Quliyev bildirib ki, düşmənlərimiz artıq bu kimi hallara vərdiş ediblər:

“Təbii ki, biz artıq bu cür hallara alışmışıq. Bundan öncə də ölkəmizdə keçirilən beynəlxalq yarışmalar zamanı qeyd olunan qurumların və onların daxildəki havadarlarının atdıqları addımları unutmamışıq. Bu cür dairələr Azərbaycanın müsbət imic qazanmasından narahat olurlar. Onlar çalışırlar ki, Avropa qurumlarında olan adamlarını işə salsınlar. Bütün bunlarla bərabər hesab edirəm ki, I Avropa Oyunlarına əngəl yaratmağa çalışanlar o qədər də çox deyil. Bəzən bunlar şişirdilir. Belə təşkilatlarda bir-iki nəfərin çağırışı, erməni lobbisi tərəfindən ələ alınması gözlənilən məsələdir. Bu da ideoloji, fikir savaşıdır. Bu savaşda da Azərbaycan tərəfi ermənilərdən kifayət qədər güclüdür. Azərbaycan dövləti hər zaman bu kimi təhdidlərin qarşısını alıb və indi də alacaqdır. Biz Avropa Oyunlarını çox möhtəşəm şəkildə keçirib, başa çatdıracağıq”.

Əli Rais, Hafta.az
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed