16.04.2015 [16:00] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Elçin Mehdiyev - Trend:
Avropanın Azərbaycana qarşı məntiqsiz siyasəti artıq çoxdandır ki, sirr deyil, lakin Avropa İttifaqı aşkar ağılsızlıqdan ibarət məntiqsizliyi ilə təəccübləndirməyə davam edir. NATO üzrə tərəfdaşına qarşı yönəlmiş bu fəaliyyəti Rusiyanın ən etibarlı müttəfiqlərindən birinin xoşuna gəlməsindən başqa bir şey adlandırmaq olmaz. Avropa Parlamenti Ermənistanın sözünə uyaraq və qondarma “erməni soyqırımı” üzrə Türkiyə əleyhinə qətnamə qəbul edərək məhz belə davrandı.
Bu qətnamə daha çox Türkiyəni dişsiz siyasətlə dişləməyə bənzəyir. Avropa bir neçə il əvvəl Türkiyənin Aİ-yə üzv olması üçün Ankara qarşısında şərt qoyurdu. Lakin Türkiyənin son illər inkişafı nəticəsində ölkəni Aİ-də görmək istəyən vətəndaşların sayı 75 faizdən 20 faizədək azaldı. Təbii ki, belə təzyiq alətini itirməklə böhranda batan Avropa bu cür qətnamələr qəbul etməklə addımlar atır. Heç vaxt “erməni soyqırımı” deməyən ABŞ belə bunu özünə sığışdırmır.
Bu da başa düşüləndir. Hazırda Türkiyə müharibələrlə əhatə olunmuş Yaxın Şərq və Avropa arasında yeganə təhlükəsizlik zonasıdır. Türkiyənin “İslam dövləti” terror təşkilatı və Aİ arasında yeganə ölkə olduğunu başa düşmək üçün xəritəyə baxmaq kifayət edir. Suriya Prezidenti Bəşşar Əsədlə qarşıdurmada ABŞ və Avropanın ən etibarlı tərəfdaşı məhz Ankaradır - regionda döyüş qabiliyyəti olan və hazırlıqlı ordulardan birinə malik NATO ölkəsidir. Nəhayət, həmin Avropanın enerji təhlükəsizliyi məsələsində ən əsas ölkələrdən biridir. Və Avropa bütün bunları qondarma “erməni soyqırımı” ilə birgə tərəzinin bir tərəfinə qoyur.
Avropadakı erməni lobbisi ənənəvi hal alıb və bu sənədin qəbulundan imtina ermənilərin kütləvi miqrasiyasına, onların topladığı kapitalın çıxarılmasına gətirib çıxarmazdı. Ermənistanın özü isə Aİ üçün heç bir maraq kəbs etmir. Bu ölkə ənənəvi olaraq Rusiyanın tərəfindədir, onun ərazisi ilə nəqliyyat, boru kəməri marşrutları keçmir, sərmayədarlar üçün maraq kəsb etmir.
Avropa Parlamenti həmin qətnamədə Türkiyədən Ermənistanla sərhədləri açmağı tələb edir. Deyəsən, Avropa parlamentariləri unudur ki, Türkiyə heç vaxt Avropanın heç bir ölkəsinin müstəmləkəsi olmayıb. “Demokratik Avropa”nın imperiya iddiaları buradan qaynaqlanır, Şərqi Avropa və keçmiş SSRİ ölkələri nümayəndələrinin iddiaları isə təəccübdən başqa heç nə doğurmur.
Bu sərhədlər həmin “çox əzabkeş” Ermənistanın işğalçı siyasətinə cavab olaraq bağlanıb. Bu ölkə işğal edilmiş ərazilərdə Xocalının dinc sakinlərinə qarşı əsl soyqırım törədib. Bunu Avropa və onun parlamentariləri görmək istəmirlər.
Avropa Parlamentinin qərarının mənasızlığı ondan ibarətdir ki, XX əsr boyunca digər xalqlara qarşı dəfələrlə əsl soyqırım törətmiş xalqın uydurma “soyqırım”ını tanımağa çalışır.

Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |