17.04.2015 [09:56] - Gündəm, DAVAMın yazıları
Elmira Tanrıverdiyeva - Trend:
Rusiyalı jurnalistin özünü “Dağlıq Qarabağın müdafiə naziri” adlandıran şəxslə müsahibəsindəki vəziyyətə nəzər salanda, belə bir məsəl yada düşür: “Bu cür dostlarla heç düşmənə də ehtiyac yoxdur”.
Məsələ adəti üzrə beynəlxalq normaları nəzərə almadan Dağlıq Qarabağa səfər edən satın alınmış jurnalistlərdən başlayır. Heç kimin tanımadığı, uzaq Başqırdıstandan olan bir jurnalist, çox güman, cüzi məbləğə belə separatçıları tərifləməyə girişib. Onun vəsf etdiyi separatçı rejimi isə rəsmi Moskva heç vaxt tanımayıb və həmişə də vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir.
Lakin görünür ki, Başqırdıstandan olan cavan qızın bundan xəbəri yox idi... Nə edək ki, Başqırdıstan mərkəzdən çox uzaqdır.
Söhbət onda deyil. Bu xanımın Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin saxta “müdafiə naziri” ilə müsahibəsi zamanı “nazir” Movses Akopyan həmişə İrəvanın da təkzib etdiyi muzdlular məsələsinə toxunub.
Özünü "nazir" adlandıran bu adam deyib ki, "Qarabağ ordusu"nda dünyanın hər tərəfindən ermənilər xidmət edir, onların sayı azdır: "Amma bizə hər şeydən əvvəl dəstək önəmlidir. Hərbçilərin çoxu "artsax"lılardır, sonra isə Ermənistan vətəndaşları gəlir".
Bəli, bəli, uydurma “artsax"lılar – bunlar sadəcə muzdlulardır ki, onların pulu “əzabkeş” Ermənistana ayrılan beynəlxalq kreditlərdən ödənilir. “Dünyanın hər tərəfindən olan ermənilər” – bunlar Suriyadan, Livandan və digər Yaxın Şərq ölkələrindən olan döyüşçülərdir ki, Qərb belələrinə qarşı mübarizə aparmağa çağırır.
Hər halda, varlı erməni lobbisi nümayəndələrinin Qarabağa döyüşməyə getdiyini düşünmək sadəlövhlük olardı... Əhvalat belədir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da separatçılar tərəfindən muzdluların döyüşdüyü barədə danışmışdı. Nazir demişdi ki, ermənilər hərbi əməliyyatlara Livan və Suriyadan olan muzdluları cəlb edirlər.
Amma “erməni diplomatiyasının dahisi” Akopyan adətin əksinə gedib. O, təkzib etmək yerinə, qeyri-ixtiyari şəkildə Azərbaycan hərbçilərinin sözlərini təsdiqləyib.
Bu məsələdən də qoy o kəslər nəticə çıxarsın ki, öz torpaqlarını qoruyan azərbaycanlı gəncləri öldürmək üçün peşəkar qatillərə pul ödəyirlər.

Bu xəbər oxucular tərəfindən 722 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |