Şrift:
Netanyahu: İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır
17.04.2015 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrailin baş naziri Benyamin Netanyahu aprelin 15-də Xolokost ildönümü münasibətilə keçirilən toplantıda çıxış edərək İranın nüvə silahına yiyələnməsi ehtimalı barədə xəbərdarlıq edib.
İranın bölgədə yürütdüyü siyasətini nasist Almaniyasının rəftarı ilə müqayisə edən Netanyahu deyib ki, İranın nüvə silahına yiyələnməsinin qarşısı alınmalıdır: “Nasistlər, sivilizasiyanı ayaqlayıb yəhudiləri məhv etməklə üzdəniraq “üstün soy”u dünyaya hakim etməyə çalışdığı kimi, İran da bölgədə öz gücünü artıraraq yəhud ölkəsinin məhvi üçün əvvəlcədən təyin edilmiş hədəfə başçılıq etməyə can atır.

Bu gün, İranın qarşısına nüvə potensialını minimuma endirmək tələbi qoymaq əvəzinə, dünya fövqəldövlətləri nəinki bu ölkəni nüvə qabiliyyətləri ilə öz halına buraxıb, hətta onun Orta Şərqdə və bölgədəki rəftarını nəzərə almadan gələcəkdə regionda öz nüfuzunu genişləndirməsinə icazə də verirlər”.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed