Şrift:
Ruhaninin köməkçisi: -Astara, İranın Qafqaza və Avropa ölkələrinə baxdığı pəncərədir
17.04.2015 [10:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Aprelin 16-da Astaraya səfər edən İran prezidentinin milli və dini azlıqların işi üzrə köməkçisi Əli Yunisi Astaranın sərhədyanı limanının idarə şurasının iclasında çıxış edərək bu şəhərin strateji əhəmiyyətindən danışıb.
Əli Yunisi deyib ki, Astara əhalisinin milli və dini tərkibindəki rəngarənglik ilahi bir nemət və fürsətdir: “Astara, İran İslam Respublikasının Qafqaz bölgəsinə və Avropa ölkələrinə baxdığı bir pəncərədir. Astara əhalisi arasında dini baxımdan birlik var. Bu şəhərdə müxtəlif etniklərdən olan əhali, o sıradan da sünnilərlə şiələr bir-birinin yanında yaşayır. Bu isə milli və ilahi baxımdan bölgə üçün bir nemət və fürsətdir. Astara şəhəri ən qədim dövrdən ta indiyə qədər Avropa və Qafqaz bölgəsi üçün inqilabçı əxlaq və islam darvazası olaraq öz rolunu ifa edib.

Siyasi ixtilafların bu şəhərə və bölgəyə sirayət etməsinə icazə verməyin. Öz şəhərinizdə astaralı kimi davranın və əməl edin. Siyasi və partiya məsələlərinə önəm verərməkdən və ixtilafları qabartmaqdan çəkinin.

Astara bölgəsinin turizm baxımından saysız-hesabsız potensialları var. Bu şəhər, təbii, dini, tarixi, iqtisadi, meşə və dəniz imkanları baxımından, bütün nümətlərə malikdir.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed