18.04.2015 [09:54] - Xəbərlər, Türk dünyası-Turan, Qərbi Azərbaycan-İrəvan
Hər il 24 aprel tarixi yaxınlaşdıqca müəyyən dairələrdəki “soyqırım ruhu” sanki coşur və bu coşqu özünü Türkiyəni və Türk millətini günahlandırmaq şəklində biruzə verməyə başlayır. Günahlandırmaq sanki “günah çıxarmağa” çalışmağın vasitəsi olmağa başlayıb. Xüsusilə tarix boyunca Anadolu və Cənubi Qafqaz ilə bağlı imperial maraqları olan dövlətlər və onların bu günkü mirasçıları tökdükləri və tökülməsinin səbəbkarı olduqları qanların günahını bir tərəfin üstünə atmağa və beləcə sanki günahlarını da yumağa çalışırlar. 19-cu əsrin sonlarında və 20-ci əsrin əvvəllərində vədlər verilən, silahlandırılan, təhrik edilən erməni dəstələrinin əməlləri nəticəsində ortaya çıxan tablo dəyişdirilərək 1915-ci ilin aprelində “tarixin ilk soyqırımı”nın baş verdiyi iddia edilir. Tarix boyunca dünyanın müxtəlif ərazilərində insanların kütləvi şəkildə qətl edilmələri təbii ki, unudula bilməz. Bu mənada 1915-ci ilin aprelində “tarixin ilk soyqırımı”nın baş verdiyini iddia etmək təbii ki, çətindir. Amma 20-ci əsrin əvvəlində doğurdan da Anadoluda və Cənubi Qafqazda qətliamlar, soyqırım reallaşdırılıb və təəsüf ki, Türklər məhz bu soyqırımın hədəfi olmuşdur. Bunu Rusiyanın, Avropa dövlətlərinin, ABŞ-ın arxivlərindəki sənədlər də sübut edir. Amma təəsüf ki, Anadoludakı və Cənubi Qafqazdakı qətliamların səbəbkarları o vaxt reallaşdıra bilmədikləri siyasi hədəflərindən vaz keçmədikləri üçün “erməni soyqırımı” yalanını uydurmuş və vasitə kimi istifadə etməyə davam edirlər.
Son günlərdə bu istiqamətdə yaşananları, xüsusilə də Roma Papası I Fransiskin açıqlamasını və Avropa Parlamentinin qərarını bu çərçivədə qiymətləndirmək mümkündür. QAFSAM hesab edir ki, tarixi öyrənmək, araşdırmaq, yazmaq, tezislər irəli sürmək hər kəsin hüququdur, amma əsla siyasətçilər səs çoxluğu ilə tarix uydurmaq və tarixlə bağlı qəti hökmlər vermək yarışına girməməlidirlər. Onda tarixi obyektivlik və elmilik ortadan qalxar. Digər tərəfdən mövzular, millətlər, regionlar və s. arasında ayrı-seçkilik etmək, məsələyə obyektivlikdən uzaq bir şəkildə qəti hökmlərlə yanaşmaq xoş olmayan niyyətin göstəricisidir. Belə olmasaydı uydurma “erməni soyqırımı” iddialarını tez-tez gündəmə gətirən qüvvələr daha yaxın tarixdə baş vermiş və soyqırım olması heç kimdə şübhə doğurmayan (törədənlərinin birbaşa etiraf etdiyi) Xocallı Soyqırımı və bənzər digər hadisələr haqqında da eyni “cəsarəti” göstərərdilər. Müasir beynəlxalq münasibətlər sisteminin təməli sayılan BMT Nizamnaməsində və digər beynəlxalq sənədlərdə əsas öhdəlik kimi nəzərdə tutulan sülh prinsipinə, müharibə yoluyla ərazilərin ələ keçirilməsinin qadağan olunması prinsipinə zidd hərəkət edən, beynəlxalq təşkilatların qərarlarında işğalçılığı açıq şəkildə qeyd olunan Ermənistana qarşı qəti mövqe nümayiş etdirərdilər.
QAFSAM hesab edir ki, uydurma “erməni soyqırımı” iddiasıyla bağlı Roma Papası I Fransiskin açıqlaması və Avropa Parlamentinin qərarı qəbuledilməzdir. Həm bu şəxs və qurum, həm də digər şəxs və qurumlar oxşar mövzularda qərarlar qəbul edərkən, açıqlamalar verərkən, məsuliyyətlərini və səlahiyyətlərini dərk etməli, dar imperial maraqlara yox, obyektivliyə, ədalətə, sülhə xidmət etməyə çalışmalıdırlar.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi
(QAFSAM)
17.04.2015
(QAFSAM)
17.04.2015
Bu xəbər oxucular tərəfindən 1262 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |