18.04.2015 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ ordusunun baş qərargah rəisi general Martin Dempsi aprelin 16-da jurnalistlərə açıqlamasında Qərblə İran arasında aparılan nüvə danışıqlarına və Rusiyanın İrana satdığı S-300 raketlər sisteminə münasibət bildirib.
General Dempsi deyib ki, İranın nüvə probleminin həlli üçün aparılan diplomatik səylər nəticə verməsə, hərbi seçim yenidən gündəmə gələcək: “Moskvanın İrana S-300 raketlər sistemi satmasına baxmayaraq Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün hərbi seçim variantı hələ də qüvvədə saxlanılır. Bizim illərdir ki, İrana satılan S-300 raketlərinin hərbi potensialından xəbərimiz var. Elə buna görə də bütün proqram və planlarımızda bu məsələni xüsusi diqqət mərkəzində saxlamışıq.
Amerika İranın nüvə silahına yiyələnməyəcəyinə əmin olmaq üçün problemin diplomatik danışıqlar yolu ilə həll olunmasına çalışır. Lakin aparılan danışıqlar məğlubiyyətə uğrasa, ABŞ prezidenti üçün hərbi seçim olduğu kimi yeni qüvvədə qalır”.
Rusiya prezidenti Vladimir Putin bir həftə əvvəl fərman imzalayaraq S-300 raketlərinin İrana təhvil verilməsinə qoyulan əvvəliki qadağanı ortadan qaldırıb.
Qeyd edək ki, 2007-ci ildə Tehranla Moskva arasında imzalanan 800 milyon dollarlıq bir müqaviləyə əsasən Rusiya həmin raketlərin İrana təhvil verilməsi barədə öhdəlik götürüb. Lakin 2010-cu ildə BMT-nin İrana qarşı qəbul etdiyi qətnamələrindən sonra raketlərin İrana təhvil verilməsinə qadağa qoyulub və Rusiyanın məsələ ilə bağlı üzərinə götürdüyü öhdəlik yerinə yetirilməyib.

Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |