18.04.2015 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ağ Evin sözçüsü Caş Ernest aprelin 16-da jurnalistlərə açıqlamasında ABŞ hökumətinin İran İslam Respublikası və onun dünyanın müxtəlif yerlərində terrorizmə dəstəyi ilə bağlı nigarançılığından danışıb.
Caş Ernest deyib ki, İran hökuməti terrorizmə dəstəyini davam etdirir və Vaşinqton bu barədə öz nigaranlığını dəfələrlə rəsmi Tehrana bildirib: “Vaşinqton İran hökumətinin rəsmilərinə bildirib ki, o, bu ölkənin dünyanın müxtəlif yerlərində terrorizmə dəstək verməsindən narahatdır. Amerika üçün tam bəllidir ki, İran bir nəslin ömrü qədər terrorizmə və dünyanın müxtəlif yerlərində terrorizm amillərinə dəstək verib və bu yolda çox fəal olub. Tehranın məhz həmin hərəkətlərinə görədir ki, onun adı terrorizmə dəstək verənlərdən ibarət qara siyahıya daxil edilib.
İran hökumətinin terrorizmə verdiyi dəstəyi nəzərə alaraq, bu ölkə ilə aparılan nüvə danışıqlarının əhəmiyyəti ikiqat artır. Çünki əgər İran nüvə silahına yiyələnsə onun terrorizmə dəstək verməsi daha təhlükəli vəziyyətə gətirib çıxaracaq”.

Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |