Şrift:
Məlikanda müəllimlər etiraz yığıncağı keçirib (foto)
18.04.2015 [12:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Məlikan şəhərində müəllimlər bu şəhərin Təhsil Şöbəsinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
Yığıncağın keçirildiyi yerə bir çox təhlükəsizlik qüvvələrinin cəlb olunduğu da bildirilir. Davam.az GünAz TV mətbuat mərkəzinin əldə etdiyi məlumata istinadən xəbər verir ki, müəllimlərin məişət şəraiti ilə əlaqədar keçirilən etiraz yığıncağında bir neçə etirazçının mobil telefonu təhlükəsizlik qüvvələri tərəfindən zəbt olunub, lakin qarşıdurma vəya etirazçıların saxlanılması ilə bağlı məlumat yoxdur.

Etirazçı müəllimlərdən biri bildirib ki, “xidmətlərlə bağlı qanunun icra edilməməsi -Hansıki, Təhsil sahəsinin əməkdaşları və dövlətin digər işçiləri arasında ayrı-seçkiliyə səbəb olur- bu yığıncağın keçirilməsinin əsas səbəbidir.

Etiraz yığıncağında plakatlar da qaldırılıb. Onların üzərində belə yazılıb: “Mən bu gün susuram, ama demədiklərimin hamısını bilirsiniz”.

Həmçinin müəllimlər 1394-cü ildə (hicri-şəmsi təqvimi ilə) Təhsil Şöbəsi üçün ayrılan büdcənin məbləğinə də etiraz ediblər.

Xatırladaq ki, oxşar yığıncaq iki gün öncə Güney Azərbaycanın Urmiyə şəhərində keçirilib. Təhsil Şöbəsinin məsulları ilə danışıqda nisbi razılıq əldə edildikdən sonra aksiyaya son qoyulub.
Məlikanda müəllimlər etiraz yığıncağı keçirib (foto)

Məlikanda müəllimlər etiraz yığıncağı keçirib (foto)

Məlikanda müəllimlər etiraz yığıncağı keçirib (foto)

Məlikanda müəllimlər etiraz yığıncağı keçirib (foto)
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed