20.04.2015 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 17-də jurnalistlərə müsahibəsində Lozan razılaşmasından və ölkəyə qoyulan sanksiyalardan danışıb.
Zərif deyib ki, o, Amerikanın ölkəyə qoyulan sanksiyaların mərhələli şəkildə ləğv ediləcəyi ilə bağlı mövqeyindən təəssüf hissi keçirir: “Biz Lozan razılaşmasında müəyyən etmişik ki, yekun razılaşma əldə edilən kimi bütün iqtisadi sanksiyalar biryolluq ləğv edilməlidir. Razılaşma əldə edilən kimi bir BMT Təhlükəsizlik Şurasına gedəcəyik və həmin şura qətnamə qəbul edərək ölkəmizə qoyulan bütün sanksiyaları ləğv edəcək. Aydın məsələdir ki, sanksiyaların mərhələli şəkildə ləğv edilməsindən heç bir söhbət gedə bilməz. Bizim gəldiyimiz razılaşma və onun mətni tam şəffafdır.
Biz əvvəldən də bildirmişik ki, işin istiqamətini seçib müəyyənləşdirməliyik. Biz, ya qarşıdurmanı, ya da əməkdaşlıq yolunu seçə bilərik. Əgər qarşıdurma yolunu seçsək, Amerika və BMT də sanksiyaları gücləndirmək yolunu seçəcəklər. Belə olan halda isə, İran uranı zənginləşdirmək proqramını qeyri məhdud şəkildə davam etdirəcək. Daha doğrusu ölkəyə qoyulan sanksiyalar davam edərsə, İran uranı zənginləşdirmək proqramını heç bir məhdudiyyət nəzərə almadan davam etdirməli olacaq”.

Bu xəbər oxucular tərəfindən 686 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |