Şrift:
Təbrizdə bir səyyar satıcı özünü yandırdı
20.04.2015 [12:44] - Güney Azərbaycan xəbərləri, Hadisə, Güney Azərbaycan-Təbriz
Xurrəmşəhrdə küçə ticarəti ilə məşğul olan bir ərəb satıcı özünü yandırdıqdan sonra oxşar hadisə Təbrizdə baş verib.
Məlumata görə, kiçik biznes ilə məşğul olan azərbaycanlı səyyar satıcının satdığı əşyalar Əmakin İdarəsinin məmurları tərəfindən yığışdırılıb. O bundan sonra Təbriz Bələdiyyəsinə müraciət edib və məmurlar tərəfindən yığışdırılan əşyalarını tələb edib, lakin soydaşımız məsulların rədd cəvabı ilə qarşılaşıb və Bələdiyyə binasından çölə çıxarılıb. Soydaşmız Bələdiyyə məsullarına yalnız bu yolla ailəsinin keçimini təmin etdiyini bildirib və xəbərdarlıq edib ki, onun əşyaları qaytarılmasa özünü yandıracaq. Təəssüflə məsullar bu xəbərdarlığa əhəmiyyət verməyib və onu istehza ilə yola salıblar. Elə acınacaqlı hadisə də bundan sonra baş verib. Səyyar satıcı ötən ikinci gün üzərinə benzin tökərək özünü Bələdiyyə binasının qarşısında yandırıb. Səyyar satici Təbrizin Sina xəstəxanasına aparılıb və hazırda həkimin xüsusi nəzarətində saxlanılır. Onun vəziyyətinin ağır olduğu və bədəninin ən azı 50 faizinin yandığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 901 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed