21.04.2015 [09:51] - Gündəm, Siyasət
“Ortaq Dəyərlər” İB Azərbaycan və Türkiyəni dünyada daha etibarlı və ədalətli birliklərin formalaşdırılmasına çağırır
“Ortaq Dəyərlər” İctimai Birliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nı tanıyan Qətnaməsini pisləyən bəyanat yayıb. Bəyanata bildirilir ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd heç bir hüquqi, siyasi və tarixi əsasa söykənmir: “Bu sənəd Avropanın tarixən yürütdüyü ənənəvi antitürk, antiislam siyasətinin növbəti təzahürüdür”.
Qurumun sədri Aqil Camal tərəfindən yayılmış bəyanatda qeyd olunur ki, Avropa parlamentariləri gerçək soyqırımı araşdırması aparmaq istəyirlərsə öz tarixlərinə nəzər yetirsinlər: “Dünyanın demək olar ki, bütün qitələrində ayrı-ayrı xalqlara qarşı soyqırımı həyata keçirmiş avropalıların bugünkü xələfləri öz babalarının, atalarının əməllərini başqalarına aid etmək istəyirlər. XX əsrin əvvəllərində, eləcə də XX əsrin 80-90-cı illərində erməni terrorçuları tərəfindən müxtəlif soyqırımlara, işgəncələrə məruz qalmışdılar. 1992-ci ilin fevralında ermənilərin törətdiyi Xocalı soyqırımı müasir insanlıq tarixinin ən ağrılı faciəsidir. Ancaq Avropa Parlamentinin bu gün bütün detalları ilə hər kəsə aydın olan Xocalı soyqırımını görməzdən gələrək, uydurma “erməni soyqırımı” iddiasının yanında yer alır”.
“Ortaq Dəyərlər” İB hesab edir ki, bu qətnamə Avropa Parlamentinin timsalında bütün Avropa təşkilatlarının demokratik imicinə, etibarına xələl gətirib: “Həm Roma Papasının məlum açıqlaması, həm Avropa Parlamentinin qətnaməsi erməni yalanından və erməni vandalizmindən zərər görmüş xalqlarda, ölkələrdə böyük təəssüf hissi yaratmaqla bərabər, gələcəyə yeni baxışla baxmaq gerçəkliyini ortaya qoydu. Biz bir daha əmin olduq ki, özünü dünyada insan haqlarının, demokratiyanın müdafiəçisi kimi təqdim edən Avropa təşkilatları, əslində, gerilikçi düşüncə ilə hərəkət edərək, fəaliyyətlərini dini təəssübkeşlik və geosiyasi maraqlar üzərində qururlar”.
Avropa Parlamentinin məlum qərarını tanımadığını bildirən “Ortaq Dəyərlər” İB, Azərbaycan və Türkiyə hökumətlərini, Avropa qurumları ilə əməkdaşlıq məsələlərinə bir daha baxmağa, dünyada daha etibarlı və ədalətli birliklərin formalaşdırılması üçün ciddi səylər göstərməyə çağırır.

Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |