21.04.2015 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güneyli fəal 2 ay öncə Dünya Ana Dili Günü həbs edilmişdi
21 fevral Dünya Ana Dili Günündə Tehranda həbs edilən türk dil haqları fəalı Əlirza Fərşi təqribən 2 ay Evin zindanında saxlanıldıqdan sonra aprelin 19-da zəmanət qarşılığında sərbəst buraxılıb.
Güneyli fəalın azadlığından sonra çəkilmiş şəklini nəşr edən 50000000.info veb səhifəsinə istinadən, davam.az xəbər verir ki, Fərşi həbs müddətində ailəsi ilə görüşməkdən məhrum olub.
Ötən həftələrdə Əlirza Fərşinin durumu ilə bağlı Amerikanın Səsinə müsahibə verən digər dil hüquqları müdafiəçisi Həmid Mənafi məhbusun vəkillə görüşməsinə icazə verilmədən Evin həbsxanasında Ettelaata məxsus bölmədə saxlanıldığını bildirmişdi.
Dil haqları uğrunda göstərdiyi fəaliyyətlər üzündən dəfələrlə həbs edilmiş və eyni zamanda universitet müəllimi vəzifəsindən çıxarılan Əlirza Fərşi Tehranda Dünya Ana Dili Gününü qeyd etməyə icazə almaq üçün İran rəsmilərinə müraciət edən fəallardan biri olub.

Bu xəbər oxucular tərəfindən 679 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |