21.04.2015 [09:55] - Xəbərlər, Siyasət
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanla görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, H.Dehqanın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Hər iki ölkənin dövlət bayraqları qaldırılıb, qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra dövlət himnləri səsləndirilib. Rəsmi protokola uyğun olaraq general-mayor H.Dehqan Şərəf kitabını imzalayıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan və İranın münasibətlərində qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Müdafiə naziri iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri, qarşılıqlı inam üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini bir daha vurğulayıb.
Z.Həsənov bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması faktını, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın problemini, o cümlədən münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını diqqətə çatdırıb.
General-mayor H.Dehqan, öz növbəsində, dövlətlərimizin əlaqələrinin qədim tarixə, mehriban dostluq ənənələrinə əsaslandığını, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhlükəsizlik və hərbi sahədə böyük əməkdaşlıq potensialının olduğunu vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini bir daha bəyan edib.
Sonra Azərbaycan və İran Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və müdafiə sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin də iştirak edib.

Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |