Şrift:
Güney Azərbaycan xəbərləri
12.01.2012 [12:08] - Gündəm
İranda peyk antenasından istifadə edən ölkə vətəndaşları həbs olunacaqGüney Azərbaycan xəbərləri


İran parlamenti peyk antenalarından istifadə ilə bağlı “Qiymətli əşya və valyuta qaçaqmalçılığı” qanununa əlavə və dəyişikliklər etməyə hazırlaşır.
HRANA-nın verdiyi məlumata görə, yeni layihədə ölkə vətəndaşlarına qarşı daha sərt cəzalar verilməsi nəzərdə tutulub. Belə ki, hər hansı ölkə vətəndaşının peyk antenasından istifadə etdiyi aşkarlanarsa, onu 6 aydan 2 ilə qədər həbs cəzası gözləyir. Bu, “Qiymətli əşya və valyuta qaçaqmalçılığı” qanununun 19-cu maddəsinin 5-ci maddəsinə əlavə və dəyişiklikdən sonra mümkün olacaq.
Xatırladaq ki, bu ay İran rəsmiləri internetin üzərində nəzarəti gücləndirməsinə dair tədbirləri elan ediblər. Tehran dünya ilə internet əlaqəsini kəsərək ölkədaxili milli internet tətbiq etmək niyyətindədir.


ABŞ iranlı nüvə aliminin ölümünə görə ittihamları rədd edir Güney Azərbaycan xəbərləri

ABŞ hökuməti iranlı nüvə alimi Mustafa Əhmədi Rovşanın ölümünə görə ittihamları qəti şəkildə rədd edir. Bu barədə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton açıqlama verib. Onun sözlərinə görə, Əhmədi Roşan İranda terrorçuların qurbanı olan yeganə insan deyil. Bu kimi hadisələr İranda tez-tez baş verir. İranın təxribatı ABŞ və onun müttəfiqlərini narahat edir.

Qeyd edək ki, İran alimin ölümünə görə ABŞ və İsrail təşkilatlarını ittiham edirdi.

Klinton eyni zamanda İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı sözlərinə də münasibət bildirib. Dövlət katibi qeyd edib ki, keçən həftə İranın təxribat sayağı açıqlamaları ABŞ və onun müttəfiqlərini narahat edir. Onun sözlərinə görə, neft və qaz ixracında dünyanın əsas arteriyalarından sayılan Hörmüz boğazının açıq qalması üçün ABŞ və digər ölkələr öz qəti mövqelərini ortaya qoyublar:

"Biz hesab edirik, İran, onun qonşuları və dünya ictimaiyyəti arasında qarşılıqlı anlaşma olmalıdır. İran təxribatdan əl çəkməli və nüvə silahı fəaliyyətlərini dayandırmalıdır. Beləliklə, İran yenidən dünya ictimaiyyəti sıralarına qoşula bilər".

İran Neft Satmaqda Çətinlik çəkirGüney Azərbaycan xəbərləri


Amerika Birləşmiş Dövlətlərinin neft embarqosuyla qarşı-qarşıya olan İran, neftini satacaq ölkə tapmaqda çətinlik çəkdiyini bildirdi.
İran, çıxartdığı nefti dənizdəki tankerlərdə yığır. Dənizçilik qaynaqları, anbar olaraq istifadə edilən tanker sayının 2dən 4ə çıxarıldığını bildirdi.
Avropa Birliyinin İrana embarqo mövzusunu 23 Yanvar/ocaqda ələ alması gözlənilir. Avropa Birliyi ölkələri, yeni ixracatçılar tapılana qədər, mövcud idxalat müqavilələrinin ləğv edilməməsini istəyir. Bu müddət də 1 il olaraq hesablanır.

YAPONİYA İRANDAN İDXAL ETDİYİ NEFTİ MİNİMUMA ENDİRİRGüney Azərbaycan xəbərləri


Yaponiya hökuməti İrandan idxal etdiyi neftin həcmini minimuma endirəcək. Bunu mediaya Yaponiyanın İqtisadiyyat Nazirliyi açıqlayıb.
Yaponiya bu qərara ABŞ-la məsləhətləşmədən sonra gəlib.
Yaponiya İrandan aldığı neftin həcmini Qərbin İrana qarşı sanksiyalarına görə azaltmaq qərarı verib.
Yaponiya ehtiyacı olan neftin 10 faizini İrandan idxal edir.

İRANLI DEPUTAT: “TERRORLAR GİZLİ İNFORMASİYALARIN DÜŞMƏNLƏRƏ SIZDIRILDIĞINI GÖSTƏRİR” Güney Azərbaycan xəbərləri


İran parlamentinin deputatı, xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Kazım Cəlali jurnalistlərə açıqlamasında Tehranda törədilmiş terrordan danışıb.
Yanvarın 11-də paytaxtın Seyid Xəndan küçəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini Mustafa Əhmədi Rövşən və daha iki nəfər öldürülüb.
Kazım Cəlali deyib ki, gənc iranlı alimin terrorunda “sionist rejimin təhlükəsizlik sistemi”nin əli var: “Bu kimi terrorlar İran İslam Respublikasının beynəlxalq qurumların ixtiyarına qoyduğu gizli informasiyaların düşmənlərə sızdırıldığını göstərir. İranın gizli informasiyalarını düşmənlərin ixtiyarına qoyublar. Halbuki Beynəlxalq Atom Enerjisi Agentliyi kimi bir qurum millətlərin etimad və inam yeri olmalıdır”.

TEHRANDAKI TERROR AKTINDA ÖLƏNLƏRİN SAYI 3-ə ÇATDIGüney Azərbaycan xəbərləri


Tehranda törədilmiş terrorda ölənlərin sayı 3-ə çatıb. Yanvarın 11-də motosiklet sürən naməlum iki şəxs paytaxtın Seyid Xəndan küçəsində hərəkətdə olan bir avtomobilə bomba yapışdırıb. Bombanın partlaması nəticəsində Nətənz nüvə təsisatı ticarət bölməsi rəisinin müavini, 32 yaşlı Mustafa Əhmədi Rövşən yerindəcə həlak olub.hadisədə yaralanaraq xəstəxanaya aparılan sürücü Rza Qəşqayi xəstəxanada keçinib. Kimliyi bəlli olmayın bir vətəndaş da ölüb.
Bu xəbər oxucular tərəfindən 1706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed