22.04.2015 [09:59] - Gündəm, Hüquq
2015-ci ilin birinci rübü ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsi tərəfindən 48 şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. Bu günədək isə 41 iş üzrə 58 nəfər barəsində cinayət işi məhkəmələrə göndərilib.
Bunu Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev bu gün 2015-ci ilin I rübündə görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirib.
K.Əliyev bildirib ki, rüb ərzində məhkəməyə göndərilmiş cinayət işləri üzrə vurulmuş 18. 556. 668 manat məbləğində ziyanın 5. 894. 138 manatı və ya 31,7 %-nın ödənilməsi təmin edilib, cinayət işləri üzrə 104. 432 manat dəyərində əmlak üzərində həbs qoyulmaqla cinayət-prosesual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Hesabat dövrü ərzində ibtidai istintaqı aparılmış cinayət işləri üzrə 9 təqdimat verlib.
Onun sözlərinə görə, 2015-ci ilin birinci rübü ərzində Əməliyyat idarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlayıb. Bunlardan 9 iş keçirilən əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olan materiallar əsasında başlayıb.
Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilib, 2 nəfər tutularaq istintaqa təhvil verilib, 21 şəxs isə beynəlxalq axtarışa verilib.
2015-ci ilin birinci rübü ərzində Baş İdarənin idarə və şöbələri tərəfindən 39 material üzrə araşdırma aparılıb, 29 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlayıb, 10 material üzrə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 726 ərizə və şikayət daxil olub, 476 şəxs Baş İdarədə qəbul edilib. Bunlardan 106 şəxs Baş İdarə rəisi, 370 şəxs isə Baş İdarənin əməkdaşları tərəfindən qəbul edilib.
2015-ci ilin birinci rübü ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 1677 müraciət daxil olub, bunlardan 1477-i ilkin, 200-ü isə təkrar olub.
Daxil olan 1677 müraciətin 111-i Baş İdarədə araşdırılıb, 15-i cinayət işinə, 66-sı Baş Prokurorluğun digər idarələrinə, 1479-u aidiyyəti üzrə nazirlik, komitə və təşkilatlara göndərilməklə qanunla nəzərdə tutulan qabaqlayıcı və digər müvafiq tədbirlərin görülməsi təmin edilib.
2015-ci ilin birinci rübündə də “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan 6 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlayıb.

Bu xəbər oxucular tərəfindən 851 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |