Şrift:
Sepah komandiri Suriyada öldürülüb
22.04.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) komandiri Hac Hadi Kəcbaf Suriyada öldürülüb. Hadisə iki gün əvvəl baş versədə, xəbər yenicə yayılıb.
“Sepah” komandiri Hac Hadi Kəcbaf aprelin 19-da Suriyanın Dəra əyalətinin Bəsərülhərir məntəqəsində Bəşər Əsəd rejiminə müxalif qüvvələrə qarşı həyata keçirilən hərbi əməliyyatda həlak olub. Onun meyitinin Suriya hökumətinə müxalif qüvvələrin əlində saxlanıldığı barədə məlumatlar yayılsa da, həmin qüvvələrin kimliyi barədə konkret hər hansı bir məlumat yayılmayıb.

Qeyd edək ki, Suriya hökumətinin İran hərbçilərinin ölkədə sərbəst fəaliyyət göstərməsi barədə məlumatları təkzib etməsinə baxmayaraq, “Sepah” üzvlərinin bu ölkədə baş verən silahlı qarşıdurmalarda öldürülməsi barədə tez-tez xəbərlər yayılır.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed