22.04.2015 [11:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qum dini dairəsinin rəsmisi, axund Hadi Hüseyn Xani aprelin 20-də jurnalistlərə açıqlamasında ölkə vətəndaşlarının peyk antenlərindən istifadəsinə etiraz bildirib.
Axund Hadi Hüseyn Xani deyib ki, peyk antenlərindən istifadə edilməsi insanların qeyrətsizliyinə gətirib çıxarır: “Peyk antenindən istifadə etmək və onun ailə üzvlərinin şəxsi həyatına daxil olmasına razılıq vermək qeyrətsizliyin bariz nişanələrindən biridir. Çünki bizə düşmən sayılan Qərb, öz fasid mədəniyyətini elə həmin peyk anteni vasitəsilə digər cəmiyyətlərə aşılayır, bu yolla insanlara təsir göstərməyə çalışır.
Hesab edirəm ki, ölkə rəsmiləri peyk antenlərinin, həmçinin virtual aləmin fəsadlarına biganə qalmamalı, problemin aradan qaldırılması üçün qeyrə göstərməlidirlər”.
Qeyd edək ki, İranın hökumət saytlarının bundan əvvəl yaydığı məlumatlara əsasən, hazırda ölkə vətəndaşlarının 80 faizindən çoxu, xarici telekanallara baxmaq üçün peyk antenlərindən istifadə edirlər.

Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |