Şrift:
Təbrizdə Bələdiyyə binasının qarşısında özünü yandıran səyyar satıcı dünyasını dəyişib
22.04.2015 [15:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Güney Azərbaycanın Təbriz şəhərində bir səyyar satıcı əşyalarının məmurlar tərəfindən yığışdırılmasına etiraz olaraq özünü yandırıb.
Məlumata görə, ağır vəziyyətdə Sina xəstəxanasına aparılan Həmid Fərroxinin həyatını qurtarmaq mümkün olmayıb, o aprelin 19-da dünyasını dəyişib.

Məlumata görə, 43 yaşlı Həmid Fərroxinin 3 övladı var. O 2-ci gün Təbrizin “Vadiye Rəhmət” məzarlığında dəfn edilib.

Xatırladaq ki, kiçik biznes ilə məşğul olan azərbaycanlı səyyar satıcının satdığı əşyalar Əmakin İdarəsinin məmurları tərəfindən yığışdırılıb. O bundan sonra Təbriz Bələdiyyəsinə müraciət edib və məmurlar tərəfindən yığışdırılan əşyalarını tələb edib, lakin soydaşımız məsulların rədd cəvabı ilə qarşılaşıb və Bələdiyyə binasından çölə çıxarılıb. O Bələdiyyə məsullarına yalnız bu yolla ailəsinin keçimini təmin etdiyini bildirib və xəbərdarlıq edib ki, onun əşyaları qaytarılmasa özünü yandıracaq. Təəssüflə məsullar bu xəbərdarlığa əhəmiyyət verməyib və onu istehza ilə yola salıblar. Elə acınacaqlı hadisə də bundan sonra baş verib. Səyyar satıcı aprelin 13-də üzərinə benzin tökərək özünü Bələdiyyə binasının qarşısında yandırıb.
Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed