Şrift:
Urmiyədə çörək müxtəlif qiymətlərə satılır
22.04.2015 [15:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Güney Azərbaycanın Urmiyə şəhərində çörəklər müxtəlif qiymətlərə satılır və onların keyfiyyəti aşağı düşüb”. Bu barədə Urmiyə Çörəkxanalar Dərnəyinin müavini danışıb.
Allahverdi Həsənzadə bildirib ki, keçən ildən bu günə qədər səlahiyyətli məsullara müraciət edib və istəmişik ki, “bərbəri, yağlı və səngəg çörəkləri üçün sabit qiymət təyin edilsin. Lakin bu barədə hələ də heç bir tədbir alınmayıb və ona görə də, Urmiyədə çörək almaq bir problemə çevrilib. Qiymətlər sabit deyil və hər çörəkxana çörəyi istədiyi qiymətə satır. Bundan başqa çörəklərin keyfiyyəti də aşağı düşüb. Kimsə çörəkxanalara fikir vermir. Ö üzdən cari ayda 10-dan çox çörəkçi öz işini buraxıb və bunun əsas səbəbi qeyri-müəyyən vəziyyət, qazancın az olması və çörəkxanaların diqqətdən kənarda qalmasıdır.”

A.Həsənzadə əlavə edib ki, keçən ildən bəri unun qiyməti 20 faiz artıb, lakin səlahiyyətli orqanlar çörəkxanaların durumuna diqqət yetirmir.

Urmiyə Çörəkxanalar Dərnəyinin müavini sözlərinin sonunda vurğulayıb ki, əgər məsullar bu məsələyə baxmasa və vəziyyət belə davam etsə, çörəkxanalar yavaş-yavaş tətil olacaq.
Bu xəbər oxucular tərəfindən 754 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed