22.04.2015 [15:29] - Gündəm, İdman
Olimpiya oyunlarının gümüş medalçısı, dünya çempionu Maya Vloşçovska Bakı 2015 I Avropa Oyunlarının elçisi seçildi.
Bu gün polşalı dağ velosipedi idmançısı M.Vloşçovska bu yayın ən mötəbər tədbirinin - I Avropa Oyunlarının idman elçisi olacağını açıqladı.
M.Vloşçovska Pekin-2008 Yay Olimpiya Oyunlarında dağ velosipedi idmanının kros-kantri proqramı üzrə qadınlar arasında keçirilmiş yarışın gümüş medalını, 2010-cu ildə isə eyni idman növü üzrə dünya çempionu adını qazanıb.
İlk əhəmiyyətli qələbəsini 2003-cü ildə dağ velosipedi üzrə marafon yürüşünün dünya zirvəsinə yüksəlməklə əldə edən təcrübəli idmançı bu günə qədər dünya və Avropa çempionatlarının 22 medalını qazanıb.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq açıqlamasında bildirib ki, Mayanın beynəlxalq idman elçisi kimi Oyunlara cəlb edilməsi ilk Avropa Oyunlarının əhəmiyyətinə daha bir bariz nümunə və bu yay Bakıya gələcək idmançıların səviyyəsinin əyani göstəricisidir: “Karyerası boyunca Mayanın əldə etdiyi uğurlar onun dağ velosipedi idmanına bağlılığını nümayiş etdirir və iyun ayında Avropa Oyunlarında onun yarışlarda iştirakını səbirsizliklə gözləyirik.”
Bakı 2015-in idman elçiləri mübarizə apardıqları idman növünü təmsil etməklə qitədə və sosial mediada həyata keçirilən marketinq kampaniyalarında Avropa Oyunlarının təbliğatında iştirak edəcəklər.
31 yaşlı M.Vloşçovska deyib: “Avropa Oyunlarının idman elçisi seçilməyim məni çox həyəcanlandırır və bu yay Bakıda mübarizə aparacağım günü səbirsizliklə gözləyirəm. Oyunların və dağ velosiped idmanının Avropada, eləcə də, bütün dünyada nüfuzunu artırmaq üçün əlimdən gələni etməyə hazıram.”
Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andrjey Krasniçki deyib: “Maya Bakı 2015-in elçi proqramı üçün əla seçimdir və onun Oyunları Polşada təbliğ etmək və bu yay idmançılarımıza dəstək olmaq üçün səylərini əsirgəməyəcəyinə əminəm.”
M.Vloşçowska almaniyalı stolüstü tennisçi Dimitri Ovçarov, yunan qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen və Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət Serbiya 3x3 basketbol komandasından sonra Bakı 2015-in növbəti beynəlxalq idman elçisi oldu. Yaxın gələcəkdə daha bir neçə idmançı da bu proqrama cəlb oluna bilər.
Bakı 2015-in dağ velosipedi üzrə yarışları iyunun 13-də Dağ Velosipedi Parkında baş tutacaq. Biletləri “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının 11 əlverişli məkanında quraşdırılmış bilet satış məntəqələrindən və www.baku2015.com/tickets saytından onlayn rejimdə almaq mümkündur.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 I Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 I Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
I Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |