Şrift:
Sepahın 18 üzvünün girov götürüldüyü barədə ziddiyyətli xəbərlə yayılır
23.04.2015 [09:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Sistan-Bəlucistan əyalətindəki sünni məzhəbli bəlucların milli və dini hüquqları uğrunda silahlı mübarizə apardığını bildirən “Ceyş ül Ədəl” (Ədalət ordusu) təşkilatı 18 “Sepah” üzvünü girov götürdüyü barədə məlumat yayıb.
Təşkilatın yaydığı bəyanatda deyilir ki, “Ceyş ül Ədl” qrupunun yaraqlıları aprelin 20-də Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin 100 kilometrliyində yerləşən “Nüsrətabad” məntəqəsində “Sepah”ın “Qüds” qanadının 18 xarici üzvünü girov götürüb. Təşkikat girov götürdüyü “Sepah”çıların kimliyini açıqlamasa da sosial şəbəkələrdə həmin şəxslərin şəklini də yayıb.

“Sepah”ın Sistan-Bəlucistandakı “Qüds” qərargahının ictimai əlaqələr bölməsinin rəhbəri Qasım Həsənzadə isə aprelin 21-də jurnalistlərə açıqlamasında 18 “Sepah”çının girov götürülməsi ilə bağlı məlumatı təkzib edərək, “Ceyş ül Ədl”in bu barədəki iddiasını rədd edib.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Seyid Bağır Hüseyni isə məsələ ilə bağlı jurnalistlərə açıqlama verərək “Sepah”çıların girov götürülməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Deputat deyib ki, bu barədə yayılan məlumatlar yalandır və sadəcə olaraq psixoloji müharibə xarakteri daşıyır”.

Qeyd edək ki, son illərdə müxalif “Ceyş ül Ədl” yaraqlıları ilə hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmalarda hər iki tərəfdən çoxlu insan həlak olub. Təşkilatın əsas hərbi bazaları Pakistanın muxtar Bəlucistan əyalətində yerləşir.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed