Şrift:
Ərdəbildə 3 nəfər edam edilib
23.04.2015 [09:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son zamanlar İran İslam Cümhuriyyətində edam sayılarının artdığı müşahidə olunur.
Aprelin 21-də (ordibeheştin 1-də) yayılan xəbərdə bildirilir ki, Güney Azərbaycanın Ərdəbil şəhərində 3 nəfər edam edilib. Bu barədə mətbuat Ərdəbil Vilayəti Prokurorluğunun İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat yayıb.

Ərdəbil zindanında edam edilən məhbuslar narkotik (müxəddir) maddələrinin qaçaqmalçılığında günahlandırılıb. Edam hökmü ölkənin Ali Məhkəməsi tərəfindən təqdiqləndikdən sonra icra olunub.

Edam olunan şəxslərin kimliyi barəsində heç bir məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed