Şrift:
Azərbaycan Ordusunun polkovnik-leytenantı korrupsiya faktına görə 9 il müddətinə azadlıqdan məhrum edilib
30.09.2011 [16:42] - Gündəm
Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantına hökm oxunub. Bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.

Məlumata görə, Müdafiə Nazirliyinin Kinoloji Mərkəzinin komandiri olmuş polkovnik-leytenant Şamil Məmmədov korrupsiyada ittiham olunur. Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Toğrul Hüseynov çıxış edərək Ş. Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə Şamil Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed