Şrift:
Azərbaycanın müdafiə sektorunda dünyasını dəyişənlər və yaralananlar - SİYAHI (2006-cı il)
12.01.2012 [12:43] - Hərb
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin monitorinqi davam edir.

Mərkəz 2003-cü ildən bu yana itkilərin və yaralıların adlı xronologiyasını açıqlamağa başlayıb. Monitorinq KİV-də əksini tapan məlumatlar əsasında aparılıb.

Bu dəfə 2006-cı ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin adlı xronologiyasını təqdim edirik. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2006-cı ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 48 nəfər təşkil edib. Müvafiq dövrdə 39 nəfər yaralanıb (və ya xəsarət alıb).

Döyüş itkiləri 13 nəfər (12 nəfər erməni gülləsi, 1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 35 nəfər təşkil edib. 12 nəfər bədbəxt hadisədən (qar uçqunu, yanğın, günvurma, suda boğulma), 8 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən, 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 7 nəfər intihar edib. Dünyasını dəyişənlərin 45-i Müdafiə Nazirliyinin, 2-si Dövlət Sərhəd Xidmətinin, bir nəfərsə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu olub. Dünyasını dəyişənlərin 9 nəfəri zabit, 2 nəfəri gizir, 37 nəfəri isə əsgərdir.

Yaralılara gəldikdə isə 8 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 3 nəfər bədbəxt hadisədən (sursat partlayışı, yanğın), 8 nəfər erməni gülləsindən, 12 nəfər mina partlayışından, 7 nəfər yol qəzasından, 1 nəfərsə intihara cəhddən yaralanıb və ya xəsarət alıb. Onların 1-i Dövlət Sərhəd Xidmətinin, 1-i Hərbi Prokurorluğun, 37-si isə Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub. Yaralanan və ya xəsarət alanların 2 nədəri zabit, 2 nəfəri gizir, 35 nəfəri isə əsgərdir.

ADLI SİYAHI

Dünyasını dəyişib
(adı, doğum tarixi, hərbi xidmətə çağırıldığı komissarlıq və dövr, təmsil olunduğu güc strukturu, hadisənin baş verdiyi tarix və yer, hadisənin səbəbləri)

1. Polkovnik-leytenant Namiq Həmidov (1963, Xətayi RHK, 1981), MN, 6 yanvar, Bakı-Sumqayıt yolu, avtomobil qəzası
2. Mayor Namiq Axundov (1956, Yasamal RHK, 1994), MN, 6 yanvar, Bakı-Sumqayıt yolu, avtomobil qəzası
3. Leytenant Mehman Abdullayev (1982, Bərdə RHK, 2000), MN, 6 yanvar, Bakı-Sumqayıt yolu, avtomobil qəzası
4. Əsgər Elvin Məmmədov (1987, Göyçay RHK, 2005), MN, 6 yanvar, Bakı-Sumqayıt yolu, avtomobil qəzası
5. Gizir Rahib İsayev (Salyan RHK), MN, 14 yanvar, Gəncə, Murov, yanğın
6. Əsgər Nüsrət Əliyev (Zaqatala RHK), MN, 16 yanvar, Zaqatala, avtomobil qəzası
7. Kiçik çavuş Rüstəm Abbasov (1986, Füzuli RHK, 2005 aprel), MN, 16 yanvar, Gəncə hospitalı, Murov yanğını
8. Polkovnik Əsildar Hüseynov (1937, Bakı), MTN, 16 yanvar, intihar,
9. Kapitan Xalid Vəliyev, MN, 27 yanvar, Ağcabədi, qar uçqunu
10. Əsgər Xəlil Babakişiyev (Qusar RHK), MN, 27 yanvar, Ağcabədi, qar uçqunu
11. Polkovnik-leytenant Məsim Əsgərov (1958, Qax RHK), MN, 11 fevral, Giləzi, ehtiyatsızlıq (ov tüfəngi ilə güllələnib),
12. Əsgər Rəfael Cəfəeov (Əli-Bayramlı RHK, 2005), MN, 15 fevral, Ağdam, intihar (güllə)
13. Əsgər Pərviz Cahangirov (1986, Xaçmaz RHK, 2005 aprel), MN, 7 mart, Tərtər, erməni gülləsi
14. Əsgər Elçin Bayramov (1987, Biləsuvar RHK, 2005 iyul), MN, 17 mart, Tərtər, erməni gülləsi
15. Əsgər Hüseyn Bəndəliyev (1987, Cəlilabad RHK, 2005, oktyabr), MN, 17 mart, Tərtər, erməni gülləsi
16. Əsgər Səfər Məhərov (1986, Qusar RHK), MN, 17 mart, Tərtər, erməni gülləsi
17. Zabit Spartak Hüseynov (1980), MN, 19 mart, Culfa, qar uçqunu
18. Əsgər, ... MN, mart, erməni gülləsi,
19. Əsgər Fərid Əliyev (1986, Sumqayıt RHK, 2005 aprel), MN, 30 mart, Tovuz, erməni gülləsi
20. Əsgər Şaban Yaqubov (1987, Zaqatala RHK, 2005 aprel), MN, 2 apreı, Füzuli, erməni gülləsi
21. Əsgər Ehtiram Həsənov (Masallı RHK, 2005, iyun), MN, 3 aprel, Ağdam, qeyri-nizamnamə hadisəsi (güllələnib),
22. Əsgər Faiq Məmmədov (1983, Sabunçu RHK, 2005 iyun), MN, 4 aprel, Lənkəran, intihar (güllə),
23. Əsgər Şəmsi Rüstəmov (1987, Ağdam RHK, 2006 yanvar), MN, 14 aprel, Goranboy, intihar (güllə),
24. Əsgər Xaliq Süleymanov (1984, Sumqayıt RHK, 2005 aprel), MN, 22 aprel, Ağdam, qeyri-nizamnamə hadisəsi (güllələnib),
25. Əsgər Eqdar Hacıqayıbov (1987, Qusar RHK, 2005), MN, 17 may, Goranboy, erməni gülləsi,
26. Əsgər Rüstəm Qurbanov (Zaqatala RHK, 2005 aprel), MN, 26 may, Gəncə, bıçaqlanıb,
27. Əsgər Səxavət Kərimov (İsmayıllı RHK, 2005 yanvar), MN, 27 may, Goranboy, qatarın tankla toqquşması,
28. Baş leytenant Azər Tanrıverdiyev (Bakı, Xətayi RHK), MN, 6 iyun, Şəki, avtomobil qəzası,
29. Əsgər E.Qasımov (Zaqatala RHK, 2006, aprel), MN, 20 iyun, Gəncə, intihar,
30. Əsgər İlqar Məmmədov (1987, Xaçmaz RHK), MN, 22 iyun, Füzuli, erməni gülləsi,
31. Əsgər Xəlil Xəlilov (1984, Bakı, Keşlə, 2005 oktyabr), MN, 11 iyul, Goranboy, naməlum qətl, güllə,
32. Əsgər Orxan Nəsibov (1988, Goranboy RHK, 2006 iyul), MN, 24 iyul, Füzuli, günvurma,
33. Əsgər Elçin Zeynalov (Sabirabad RHK, 2005 aprel), MN, 31 iyul, Bakı, Xəzərdə boğulub,
34. Əsgər Şamil İsmayılov (Kürdəmir RHK, 2005 aprel), MN, 31 iyul, Bakı, Xəzərdə boğulub,
35. Əsgər Babək Mirzəyev (Qusar RHK), MN, 3 avqust, Tərtər, erməni gülləsi,
36. Əsgər Əhməd Muradov (1987), DSX, 4 avqust, Lənkəran, avtomobil qəzası,
37. Əsgər Nahid Axundov (1986, Lənkəran RHK, 2005 aprel), MN, 10 avqust, Qazax, mina partlayışı,
38. Əsgər Həsən Abbasov (1987, Bakı, Yasamal RHK, 2005, oktyabr), MN, 14 avqust, Cəlilabad, qeyri-nizamnamə hadisəsi (güllələnib),
39. Əsgər Vüqar Əhmədov (1987), MN, 10 sentyabr, Gədəbəy, suda boğulub,
40. Əsgər,..., MN, 15 sentyabr, Şahbuz, naməlum xəstəlik,
41. Əsgər Vüsal Seyidəliyev (Xaçmaz RHK), MN, 21 sentyabr, Ağdam, erməni gülləsi,
42. Gizir Famil Mirələmov (1985), MN, 7 oktyabr, Lənkəran, bədbəxt hadisə (başına daş dəyib),
43. Əsgər Arif Əliyev (1980, Ucar RHK), MN, 21 oktyabr, Füzuli, erməni gülləsi,
44. Baş leytenant Tahir Səfərov (1980, Bakı, 2003), MN, 24 oktyabr, Gədəbəy, bədbəxt hadisə (qayadan yıxılıb),
45. Əsgər Asif Nuriyev (Lənkəran RHK, 2006, aprel), MN, 26 oktyabr, Ağdam, intihar (yoldaşını güllələyəndən sonra şoka düşüb),
46. Əsgər Rasim Əliyev (Gəncə), DSX, 6 noyabr, Naxçıvan, Araz çayında boğulub,
47. Əsgər Tural Yunisov (1988, Gəncə, Kəpəz RHK, 2006 iyul), MN, 13 noyabr, Beyləqan, intihar (özünü güllələyib),
48. Əsgər Ceyhun Mikayılov (Bakı), MN, 16 dekabr, Gəncə, qeyri-nizamnamə hadisəsi (güllələnib).

Yaralanıb (və ya xəsarət alıb)

1. Zabit Rəşad Məhərrəmov, MN, 8 yanvar, Goranboy (Murov), yanğın,
2. Gizir Rəşad İmaməliyev, MN, 8 yanvar, Goranboy (Murov), yanğın,
3. Əsgər Xaqani Qasımov (1986, Gəncə), MN, 5 fevral, Ağdam, erməni gülləsi,
4. Əsgər Babək Əliyev (Salyan RHK), MN, 5 fevral, Ağdam, sursat partlayışı,
5. Əsgər Muhiddin nazimov (1987, Oğuz RHK, 2005 iyul), MN, 6 mart, Füzuli, erməni gülləsi,
6. Əsgər Rasim Ələkbərov (Goranboy RHK, 2005 aprel), MN, 8 mart, Ağdam, mina (ayağı amputasiya olunub),
7. Əsgər,..., MN, 25 mart, mina partlayışı, (ayağı amputasiya olunub),
8. Əsgər,...., MN, 25 mart, mina partlayışı, (ayağı amputasiya olunub),
9. Zabit Babək Süleymanov, Qazax Hərbi Prokurorluğu, 25 mart, mina partlayışı,
10. Əsgər Niyaməddin Şirinov (1979, Goranboy RHK, 2005 yanvar), MN, 2 aprel, Füzuli, erməni gülləsi,
11. Əsgər Novruz İsmayılov (Daşkəsən RHK, 2005 oktyabr), MN, 26 aprel, Tərtər, erməni gülləsi,
12. 5 əsgər, MN, 24 may, Zazalı – Dəliməmmədli dəmiryolu, bədbəxt hadisə,
13. Əsgər Cavid Malıyev (Lənkəran RHK, 2005 yanvar), MN, 27 may, Ağdam, erməni gülləsi,
14. Gizir Ruslan Abdullayev (Neftçala RHK), MN, 27 may, qeyri-nizamnamə hadisəsi (güllələnib),
15. Əsgər Elmar Mirəliyev (Dəvəçi RHK, 2005 aprel), MN, 5 iyun, Ağdam, erməni gülləsi,
16. Əsgər,...MN, 14 iyun, Ağdam, erməni gülləsi,
17. Əsgər Anar Məmmədov (1986, Bakı), DSX, 21 iyun, Zaqatala, ehtiyatsızlıq (ayağından güllə ilə vurub),
18. Əsgər Azər Aslanov (1987), MN, 6 iyul, Tərtər, mina (ayağı amputasiya olunub),
19. Əsgər Rasət Camalov, MN, 14 iyul, qeyri-nizamnamə hadisəsi (bıçaqlanıb),
20. Əsgər Yaşar Cabbarov (1987), MN, 4 avqust, Lənkəran, avtomobil qəzası,
21. Əsgər Ceyhun İmanov, MN, 4 avqust, Lənkəran, avtomobil qəzası,
22. Əsgər Müzəffər Məmmədov (Şərur RHK, 2005, iyul), MN, 17 avqust, Naxçıvan, intihar cəhdi,
23. Əsgər Emin Səttarov (Masallı RHK), MN, 27 sentyabr Ağdam, mina
24. Əsgər İsrafil Axundov (Lənkəran RHK), MN, 27 sentyabr Ağdam, mina
25. Əsgər Elnur Əhmədov (Lənkəran RHK), MN, 27 sentyabr Ağdam, mina
26. Əsgər Nəriman Salmanov (Neftçala RHK), MN, 27 sentyabr Ağdam, mina
27. Əsgər İlkin Bayramov (Bakı), MN, 27 sentyabr Ağdam, mina
28. Əsgər Nuru Cəfərov (Ağstafa RHK), MN, 27 sentyabr Ağdam, mina
29. Əsgər Sübhan Əliyev (Samux RHK), MN, 27 sentyabr Ağdam, mina
30. Əsgər Mehman Ağayev, MN, 27 sentyabr, Ağdam, qeyri-nizamnamə hadisəsi (bıçaqlanıb),
31. Əsgər Fəxrəddin Mirzəyev (Sumqayıt RHK, 2006 aprel), MN, 26 oktyabr, Ağdam, qeyri-nizamnamə hadisəsi (güllələnib),
32. Əsgər Elçin Məmmədov, Bakı, MN, 16 dekabr, qeyri-nizamnamə hadisəsi (güllələnib),
33. Əsgər Vüqar Məmmədov, Bakı, MN, 16 dekabr, qeyri-nizamnamə hadisəsi (güllələnib),
34. Əsgər Vüqar Seyidov, Bakı, MN, 16 dekabr, qeyri-nizamnamə hadisəsi (güllələnib),
35. Əsgər Elvin Sadıqov, MN, Tərtər, erməni gülləsi.
Bu xəbər oxucular tərəfindən 1665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed