Şrift:
Daha iki QHT bəyanat verdi: - Bu qərəzli siyasət Qərbin bu regionda nüfuzuna ciddi zərbədir
23.04.2015 [09:06] - Gündəm, Siyasət
Daha iki QHT bəyanat verdi: " Bu addım daha çox Qərb üçün zərərli olacaq"
" Bu qərəzli siyasət Qərbin bu regionda nüfuzuna ciddi zərbədir"

"Saf Həyat Naminə" Gənclər İctimai Birliyi və " Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyi qondarma "erməni soyqırımı" ilə bağlı Roma katoliklərinin başçısı Papa Fransiskin bəyanatını, eyni zamanda Avropa Parlamentinin qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir:
" Roma Papası kimi dünyada yüksək nüfuza malik bir şəxsin belə bir qərəzli mövqe ortaya qoyması və həmçinin Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə türkdilli dövlətlərdə, müsəlman ölkələrində, o cümlədən Azərbaycanda böyük narazılıqla qarşılanıb. Bu qərəzli siyasət Qərbin bu regionda nüfuzuna ciddi zərbədir. Artıq bu ölkələrin sadə xalqları Qərbin yalançı demokratiya və sülh siyasətinə qətiyyətlə inanmayacaq. Bu addım daha çox Qərb üçün zərərli olacaq. Onsuz da nə Avropa Parlamentinin qəbul etdiyi qətnamənin hüquqi bir qüvvəsi var, nə də ki, Roma Papasının verdiyi bəyanatın. Bu gün öz iqtisadiyyatını şərq ölkələrinin hesabına idarə edən Qərb bu tipli siyasəti ilə şərqdə olan- qalan etimadını da itirmək üzrədir. Bu qərarlar 1915- ci il hadisələrinin aydınlaşdırılması naminə hər şeyi etməyə hazır olduğunu bildirən Türkiyəyə qarşı təzyiqdən başqa bir şey deyildir. Roma Papasının xristian təəssübkeşliyindən çıxış edərək belə bir addım atması artıq din xadimlərindən münaqişələrdə vasitəçi kimi istifadə etməyin mümkünsüzlüyünə gətirib çıxarıb. Halbuki, nə Qərb ölkələrinin böyük əksəriyyəti, nə Avropa Parlamenti, nə də Roma Papası hələ də ermənilər tərəfidən azərbaycanılara qarşı törədilən soyqırımların heç birini (1905, 1918-1920, 1948-1953, 1988-1993) tanımayıb. Görünür onlar üçün foto və videogörüntüləri, canlı şahidləri ilə isbatlanan Xocalı soyqırımı, tarixin dərinliklərində itib- batmış 1915- ci il hadisələrindən daha əhəmiyyətsizdir. Budur Qərbin demokratiyası. Budur Qərbin ədaləti..."

"Saf Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Səbinə Abbasova və
" Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed