23.04.2015 [15:38] - Gündəm, Diaspor
Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) rəsmi səfər edib.
Səfir və onu müşayət edən nümayəndə heyəti MEK-in sərgi və oxu zallarını ziyarət edib, kitabxananın potensial imkanları, o cümlədən nadir kitablar və şərq ədəbiyyatı fondlarında saxlanılan elmi və tarixi əhəmiyyətli nəşrlər, iri həcmli və miniatür kitablarla tanış olub. Sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin, Nobel mükafatı laureatlarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, müxtəlif dillərdə elmi nəşrlər və ensiklopediyalar qonağın marağına səbəb olub.
MEK-in direktoru tibb üzrə fəlsəfə doktoru L.İmanova AMEA-nın ilk təsisçiləri olan akademiklər haqqında qonaqları ətraflı məlumatlandırıb. Həmçinin, hazırda AMEA-nın əsas binasında yerləşən köhnə kitabxanadan yeni Mərkəzi Elmi Kitabxanaya kitabların köçürülməsi işinin aparıldığını və 4 milyon kitabın köçürülməsinin planlaşdırıldığını əlavə edib.
Daha sonra görüş dəyirmi masa ətrafında davam edib. Qonaqların kitabxananın əməkdaşları ilə tanışlığından sonra L.İmanova Azərbaycan və Əfqanıstan arasında tarixi dostluq əlaqələrindən və kitabxanaçılıq sahəsində əməkdaşlığın yaradılması ilə bağlı prioritetlərdən söhbət açıb, əməkdaşlıq üçün potensialın mövcud olduğunu vurğulayıb.
MEK direktoru kitabxananın fəaliyyət istiqamətləri barədə danışaraq qeyd edib ki, məqsəd ölkədə müasir kitabxana sistemini yaratmaq və bu sistem vasitəsiylə ölkəmizin dünya informasiya məkanına inteqrasiyasını təmin etməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. AMEA-nın alimləri üçün Əfqanıstan elektron kitabxanalarına daha geniş çıxış imkanlarının yaradılması, Azərbaycana dair olan materialların rəqəmsal versiyasının, həmçinin Əfqanıstanın siyasi-mədəni tarixinin, bədii irsinin daha dərindən öyrənilməsi üçün müxtəlif resursların, kitabların, elektron materialların MEK-ə təqdim edilməsi və digər istiqamətlərdə fəaliyyət mövzuları müzakirə olunub. Bundan başqa MEK ilə Əfqanıstan elmi kitabxanaları arasında vahid kataloq sisteminin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi təklifləri səsləndirilib.
Görüşdən məmnunluğunu ifadə edən səfir dəvət üçün təşəkkürünü bildirib. Azərbaycanla Əfqanıstan İslam Respublikasını yaxın mədəni irslərin birləşdirdiyini və bu istiqamətdə gələcək əməkdaşlıq üçün ortaq maraqların olduğunu vurğulayıb. Səfir Azərbaycanın kitabxana işi sahəsində mövcud olan zəngin təcrübəsinin əfqanıstanlı mütəxəssislər tərəfindən də öyrənilməsini vacib hesab edib. Eyni zamanda, Əfqanistan İslam Respublikasının tarixini və mədəni irsini Azərbaycan vətəndaşları və tədqiqatçıları üçün daha əlçatan edilməsi istiqamətində mümkün dəstəyi təmin edəcəyini bildirib.
Səfir eyni zamanda Dağlıq Qarabağ məsələsinə də toxunaraq, hər iki ölkənin müharibədən əziyyət çəkən ölkələr olduğunu söyləyib və bu məsələdə Əfqanistan İslam Respublikasının daim Azərbaycanın yanında olacağını qeyd edib.
Sonda L.İmanova qonağa görüşdən yadigar olaraq dahi bəstəkarımız Ü. Hacibəylinin tərcümə edilməsinə ehtiyac olunmayan “Koroğlu” əsərinin və digər əsərlərinin partituralarını və Azərbaycan miniatür sənətinin əks olunduğu nəşri təqdim edib.
Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |