24.04.2015 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son vaxtlar Güney Azərbaycanın müxtəlif şəhərlərində müəllimlər məişət problemləri və aylıq maaşlarının az olmasından şikayətlənir.
Təbrizdə bir qrup müəllim Şərqi Azərbaycan Vilayəti Təhsil Şöbəsi İdarəsinin binası qarşısına toplaşaraq etiraz aksiyası keçirib.
Məlumata görə, təxminən 400 nəfər müəllim birgə bəyanat imzalayıb və bu vasitə ilə məişət durumlarının yaxşılaşması, vilayətlərdə (ostan) müəllimlər məclisinin yaradılması və barələrində ədalətlı qərarların verilməsini tələb ediblər. Müəllimlər bəyanatda vurğulayıb ki, maaşların 14 faiz artırılması ailələrin məişət problemlərini aradan qaldıra bilməz.
Həmçinin aprelin 22-də (isfəndin 2-də) Həştrud şəhərində bir qrup müəllim etiraz yığıncağı keçirib. Oxşar səbəblərlə keçirilən yığıncaq bu şəhərin Təhsil Şöbəsinin binası qarşısında baş tutub.
Təxminən 100 nəfər kişi və 30 nəfər qadın müəllim, 2 saat Təhsil Şöbəsinin binası qarşısında gözləyib və idarənin rəisi ilə görüşmək istəyib. Sonda idarə rəisi etirazçılarla görüşüb və bildirib ki, bir müəllim kimi onların sıxıntıları ilə tanışdır, lakin bu problemlər Təhsil Nazirliyi tərəfindən çözülməlidir... .

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |