Şrift:
İran rəsmisi: Yekun nüvə razılaşmasının mətninin yazılışına başlanıb
24.04.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin yüksək rütbəli üzvü Həmid Bəidi Nejad aprelin 23-də jurnalistlərə açıqlamasında 5+1 qrupu ilə yekun nüvə razılaşmasının mətninin yazılışndan danışıb.
Bəidi Nejad deyib ki, Qərblə aparılan nüvə müzakirələrində İranın əsas prioritetlərindən biri ölkəyə qoyulan sanksiyaların ləğvi məsələsidir: “Aprelin 23-dən başlayaraq İranla 5+1 qrupu arasında yekun nüvə razılaşmasının mətninin yazılışına başlanıb. Müzakirələrdə də qeyd olunduğu mətnin yazılışında əsasən detalların müəyyənləşdirilməsinə önəm verilib. Hər halda mətnin yazılışı və tənzimlənməsi başlanıb və işin necə davam etdirilməsi barədə də söhbətlər aparılıb.

Qərblə danışıqlar aparan İran nümayəndə heyətinin əsas prioriteti, ölkəyə qarşı qoyulan sanksiyaların ləğv olunmasının təfərrüatının müəyyənləşdirilməsidir”.

Qeyd edək ki, İsveçrənin Lozan şəhərində ilkin nüvə razılaşması çərçivəsi barədə razılığa gələn İranla Qərb, yekun nüvə razılaşmasının əldə olunması üçün iyun ayının sonuna qədər danışıqları davam etdirəcəklər.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed