Şrift:
Nazir müavinindən böyük etiraf: -Urmu gölü haqqında fikir bildirənlər, milli təhlükəsizliyə qarşı fəaliyyətdə günahlandırılır!
24.04.2015 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun illərdir gündəmdə olan Urmu Gölü böhranı yalnış baxışlar və ayrı-seçkilik siyasəti nəticəsində öz həllini tapmır.
Ali Təhsil nazirinin müavini elmi dərnəklərin məsulları tərəfindən keçirilən tədbirdə bildirib ki, “universitetlər bürokrasi, durqunluq və ona hakim olan təhlükəsizlik atmosferindən əziyyət çəkir.”

Ziya Haşimi universitetlərdə fikir azadlığı ilə bağlı məsələyə də toxunub:

“Bu gün hər kəs Urmu gölü ilə bağlı bir fikir vəya tənqid bildirsə, həmən milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunur. Universitrtlərdə bir çox iş görülməlidir. Əsas işlərdən biri universitetlərdə olan bürokrasi məsələsidir, bu vəziyyət islah olunmalıdır.”

Nazir müavini dialoq mədəniyyətinin zəif olmasından da şikayətlənib. O bildirib ki, biz universitetlərdə müxtəlif fikirlərin irəli sürülməsi cəsarətini yaratmalıyıq. Və “Münazirə” elə müxtəlif nəzəriyyələri bəyan etmək deməkdir.
Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed