Şrift:
Fərəc Quliyevin oğlunun toyu oldu – 24 apreldə
25.04.2015 [10:30] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
MDHP Fərəc Quliyevi və onun ailəsini təbrik edir

Dünən- 24.04.2015 tarixində, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlu Nikbin Quliyevin toyu oldu. Toyun 24 aprel tarixinə salınması səbəbi neçə həftədir mətbuatda geniş işıqlandırılır. Fərəc Quliyev tarixin təsadüfən seçilmədiyini, Çanaqqala Zəfərinin 100 illiyi və düşmənin sarsılan günün bizim üçün uğurlu gün olması səbəbindən toyun bu təqvimə salınmasını bildirmişdi.
Ailənin təşəbbüsü ilə sadə və ənənəvi təşkil edilmiş toyda, ailənin sevincini bölüşməyə gələn qohum və dostlar arasında xeyli sayda nüfuzlu alimlər, Milli Azadlıq Hərəkatının liderləri, diplomatik korpusların nümayəndələri, millət vəkilləri, dövlət rəsmiləri, siysilər, media nümayəndələri, ictimai xadimlər, eləcə də Fərəc Quliyevin ideyadaşları, döyüş yoldaşları və digər döyüşçülər, şair və yazıçılar, mədəniyyət və incəsənət adamları da vardı.
Nigah, dalğalanan iki Azəarbaycan Bayrağının arasında kəsildi və bütün dəvətlilərinin qatqısı ilə toy olduqca şən və maraqlı kecdi.
Biz də öz növbəmizdə, Milli Dirçəliş Hərəkatı Partiyası adından bu sevincli və mənalı gün münasibətiylə ailəni təbrik edir, gənclərə xoşbəxt həyat arzulayır, Fərəc Quliyivə isə nəvəsinin nigahının Bütöv Azərbaycanın vətəndaşı olaraq kəsilməsini görməyi arzulayırıq.


Sevinc və sayğılarla Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti
25.04.2015
Bu xəbər oxucular tərəfindən 1523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed