25.04.2015 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın Müdafiə Nazirliyi Yəmənə silah və hərbi sursat daşımaqda şübhəli bilinən İranın yük gəmilərinin bu ölkə sahillərindən uzaqlaşması barədə məlumat yayıb.
Amerika Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən bir rəsmisi aprelin 23-də jurnalistlərə açıqlamasında deyib ki, Yəməndəki müxalif yaraqlı “Husi”lərə silah və hərbi sursat daşımaqda şübhəli bilinən İranın 9 gəmisi şimala doğru istiqamətini dəyişərək Yəmən sahillərindən uzaqlaşıb. İran gəmilərinin hazırda Omanın Səlalə limanında lövbər saldığı bildirilir. Həmin gəmilərdən ikisinin hərbi gəmi olduğu vurğulanır.
İran gəmilərinin Yəmən sularından uzaqlaşması, ABŞ-ın bir neçə hərbi gəmisinin, o sıradan da bu ölkənin qırıcı təyyarələr daşıyan USS Teodor Ruzvelt hərbi gəmisinin Yəmən sahillərinə yaxın sularda qərarlaşdırılmasından bir gün sonraya təsadüf edib. Bildirilir ki, həmin gəmilər İran gəmilərinin Yəmən sularına yaxınlaşmasının, müxalif “Husi”lrə silah çatdırılmasının qarşısını almaq məqsədilə bölgəyə göndərilib.
ABŞ prezidenti Barak Obama aprelin 21-də MSNBC telekanalında çıxış edərək Yəmənə gizli yollarla silah göndərilməsi barədə Tehrana ciddi xəbərdarlıq etdiklərindən danışıb: “Biz Yəməndəki qarşıdurma tərəflərindən birinə silah göndərilməsi ilə bağlı İrana açıq və şəffaf şəkildə ciddi xəbərdarlıq etmişik. Bizim hərbi gəmilərimizi İran körfəzi ətrafında saxlamağımızın səbəbi var”.
ABŞ-ın müdafiə naziri Aşton Karter isə aprelin 22-də jurnalistlərə açıqlamasında İran gəmilərinin Yəməndəki “Husi”lərə silah daşıya biləcəyi ehtimalından nigaran olduğunu bildirib: “Əlbəttə ki, biz bundan nigaranıq. Hesab edirik ki, Yəməndə vəziyyət gözləıniləndən daha gərgindir və yaranmış bu böhranlı durumda qarşıdurma tərəflərindən birinin inkişaf etdirilmiş silahlarla təmin edilməsinə heç bir əsas yoxdur. Mən ABŞ hökumətinin Yəmənə silah daşınmasının qarşısını almaq üçün hansı addım atacağını deməyəcəyəm. Lakin onu deyə bilərəm ki, ABŞ prezidenti dediyi kimi bizim masa üzərində seçimlərimiz var”.

Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |