25.04.2015 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyədə İraq havası əsir. İraq ölkəsindən Qərbi Azərbaycan bölgəsinə daxil olan tozlu külək Urmiyə şəhərini bürüyüb.
Tozlu hava şəraiti ilə bağlı Qərbi Azərbaycan Vilayətinin Ətraf-Mühit Mühafizə İdarəsinin Nəzarət Mərkəzi əhalini uyarıb: “İraq ölkəsindən daxil olan tozlu külək 3 gündür davam edir və Urmiyənin hava şəraitinə təsir edib. hazırda bu şəhərin havası həssas insanlar üçün əlverişli deyil.”
Mərkəzin məsulu Səid Musəvinin dediyinə görə, “Urmiyənin havasında tozun miqdarı hər kubmetrdə (metr-i mükəəb) 230 mikroqramdır. Bu isə həssas insanlar üçün münasib deyil.”
Qərbi Azərbaycanın aidiyyatı məsulları bütün əhali, xüsusi ilə də ürək-damar xəstələri, uşaq və müəyyən xəstələrə elan ediblər ki, hava şəraiti düzəlməyənə qədər şəhərə çıxmamağa çalışsınlar vəya xüsusi maskalardan istifadə etsinlər.

Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |