25.04.2015 [12:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qardaş ölkə Türkiyənin iş adamları Güney Azərbaycanın Şərqi Azərbaycan Vilayətində sərmayə yatırır.
Şərqi Azərbaycan Vilayəti ilə bir Türk şirkəti arasında imzalanan müqaviləyə görə Türkiyə iş adamları neft-kimya, ticarət, su təchizatı sistemi və s. kimi sahələrdə sərmayə yatıracaq.
Aprelin 23-də imzalanan müqavilədə, tərəflər qarşılıqlı iqtisadi əməkdaşlığa xüsusi təkid ediblər.
Şərqi Azərbaycan valisi müqavilənin rəsmi imzalanma mərasimində bu vilayətin iqtisadi vəziyyəti ilə bağlı məlumat verib və Təbrizdə istehsal olunan neft-kimya məhsullarına işarə edib. O bildirib ki, “gələcək iki il ərzində yeni məhsullar da istehsal olunacaq və bu məhsullar Türkiyə və Avropa bazarlarına çıxarıla bilər.”
İsmail Cabbarzadə türk yatırımçılarının bu məhsulları bazara çıxaracağına ümid etdiyini bildirib.
“Şərqi Azərbaycan xarici sərmayə cəlb etməkdə maraqlıdır” deyən vali əlavə edib ki, “biz xarici şirkətlərdən daha çox su təchizat sistemi, dəmiryolu, metro və enerji istehsalında istifadə etməyə üstünlük veririk.”
Həmçinin vali Türkiyə şirkətin istəyib ki, “keyfiyyətli maşın istehsalı ilə bağlı araşdırma aparıb və bu layihəni öz proqramlarında nəzərə alsınlar.

Bu xəbər oxucular tərəfindən 751 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |