Şrift:
Mobil operatorlar Azərbaycanın bütün yaşayış məntəqələrini 4G şəbəkəsi ilə əhatə edəcəklər
26.04.2015 [17:36] - Gündəm, Sosial
2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri LTE (Long Term Evolution) texnologiyası üzrə internetə mobil genişzolaqlı girişlə əhatə olunacaq. Bunu Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorları qarşısında belə bir şərt qoyub.

Hazırda LTE bazasında kommersiya xidmətini "Azercell" şirkəti göstərir.

Mənbə qeyd edib ki, digər iki operatorun LTE şəbəkələri Bakı və digər iri şəhərlərdə test rejimində işə salınıb: "Yaxın iki ildə onların qarşısında ucqar ərazilər də daxil olmaqla, ölkənin bütün yaşayış məntəqələrini 4-cü nəsil şəbəkə ilə əhatəni təmin etmək tapşırığı qoyulub".

Onun sözlərinə əsasən, əsas məqsəd hər bir vətəndaşın internetə maneəsiz və keyfiyyətli daxil olmasını təmin etməkdir ki, bu da elektron xidmətlərə girişi sadələşdirəcək.
Bu xəbər oxucular tərəfindən 669 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed