Şrift:
Deputatlarımız Qazaxstanda Parlament seçkilərini müşahidə edəcəklər
12.01.2012 [14:03] - Gündəm
DEPUTATLARIMIZ QAZAXISTANDA PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR


Milli Məclisin bir qrup deputatı Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün yanvarın 13-də bu ölkənin Astana və Almatı şəhərlərinə səfər edəcəklər.
Yanvarın 15-nə təyin olunmuş seçkiləri millət vəkilləri Nizami Cəfərov və Sədaqət Vəliyeva TürkPA-nın, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyasının, Aydın Mirzəzadə isə MDB İcraiyyə Komitəsinin xətti ilə izləyəcəklər.
Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, tədbirin təşkili məsələləri ilə maraqlanacaq, səsvermənin gedişini, seçicilərin fəallığını müşahidə edəcəklər.
Səfər yanvarın 18-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 1013 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed