Şrift:
Qərbi Azərbaycanda işsizlərin çoxu universitet məzunudur!
27.04.2015 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda iqtisadi çətinliklər və əhalini çənginə almış işsizlik problemini rəsmi şəxslərin dilindən eşitmək mümkündür.
Qərbi Azərbaycan Vilayəti İş və İctimai Rifah İdarəsinin rəsmisi bu vilayətdə hökm sürən işsizliyə, xüsusi ilə də ali təhsilli insanların iş probleminə toxunub.

Sadiq Ahəngəri jurnalistlərə bildirib ki, Qərbi Azərbaycanda işsizlərin çoxu universitet məzunlarıdır.

O sözlərini belə davam etdirib:

“Universitet məzunları, ixtisaslarının toplumdakı ehtiyaclara uyğun gəlmədiyi və universitetdə öyrəndiklərinin işə yaramadığı səbəbindən işsiz qalırlar.”

S.Ahəngərinin sözlərinə görə, kompüter, mekanik, humanitar elmlər və kənd təsərrüfatı üzrə ixtisas alanlar digər məzunlardan daha çox işsizlik problemi ilə üzləşir.

O əlavə edib ki, yeni iş yerlərinin yaradılmaq məqsədi ilə elmi, əməli məharətə çevirmək gərəkir və bu istiqamətdə universitet məzunları üçün yeni layihə nəzərdə tutulub. Layihəyə görə 6 aydan 12 aya qədər təlim kusrları açılacaq.
Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed