28.04.2015 [09:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az Vankuverdə yaşayan güneyli milli-mədəni fəal Vahid Qarabağlının Amerikanın Səsinə Abbas Lisaniyə qarşı yeni hökm və Beynəlxalq Ana Dili Günü ilə əlaqədar həbs edilmiş milli fəalların durumu ilə bağlı verdiyi müsahibəni təqdim edir:
Bu yaxınlarda Ərdəbil İnqilab Məhkəməsi tanınmış güneyli fəal Abbas Lisaniyə qarşı yeni hökm çıxararaq onu bir il həbs cəzasına məhkum edib. Dəfələrlə həbs edilərək müxtəlif şəhərlərin həbsxanalarında həbs cəzası çəkən Abbas Lisani xarici qurumlarla əməkdaşlıq etməkdə günahlandırılıb. Amnesty İnternational təşkilatı həmin dövrdə Abbas Lisanini vicdan məhbusu adlandırmışdı. Vankuverdə yaşayan güneyli fəal Vahid Qarabağlı Amerikanın Səsinə müsahibədə Abbas Lisaniyə qarşı yeni hökm, Beynəlxalq Ana Dili Günü ilə əlaqədar həbs edilmiş milli fəalların durumu ilə bağlı son xəbərləri şərh edib.
Vahid Qarabağlının sözlərinə görə, Abbas Lisaniyə qarşı əsas ittiham onun 2011-ci ildə Urmiyə gölünün quruması ilə ba]l; etiraz nümayişlərində iştirakı və daha sonra yazdığı məqalə ilə əlaqədardır. Onun sözlərinə görə, tanınmış milli fəala qarşı İranda “rejimə qarşı təbliğat aparmaq” ittihamı irəli sürülüb: “Məhkəmə belə dəlillər gətirir ki, Abbas bəy o zaman etirazları təşkil edib, insanları nümayişlərdə iştirak etməyə çağırıb və internetdə yazdığı məqalədə dünyəvi dövlətin özəlliyi və xalqın dünyəvi dövlət tərəfindən idarə edilməli olduğuna işarə edib. Məhkəmənin gəldiyi qərar odur ki, İran İslam Respublikası dini dövlət olduğu üçün bu, dövlət əleyhinə bir düşüncə tərzidir.”
Vahid Qarabağlı bildirib ki, Abbas Lisani məhkəmənin qərarını 20 gün ərzində apelyasiya edə bilər. O deyib ki, güneyli milli fəallar Abbas Lisaninin məhkəmənin gedişini diqqətlə izləyir.
Vahid Qarabağlı fevralın 21-də Beynəlxalq Ana Dili günü Tehranda həbs edilən güneyli fəal Əlirza Fərşinin iki ay Evin həbsxanasından saxlandıqdan sonra zəmanətə buraxılmasından danışıb. Onun sözlərinə görə, Əlirza Fərşi İran hökumətinə Ana Dili Gününün rəsmi olraq qeyd edilməsinə icazə verilməsi üçün keçirdiyi kampaniya ilə əlaqədar olaraq həbs edilib. Vahid Qarabağlı həbsdə olduğu iki ay müddətində Əlirza Fərşinin ailəsi və vəkili ilə görüşmək icazəsi olmadığını qeyd edib. “Əlirza Fərşiyə qarşı irəli sürülmüş ittihamın nədən ibarət olduğu bizə tam aydın deyil. Amma yaxınlarından əldə etdiyimiz məlumata görə, həbsi onun birbaşa keçən illərdə və bu il ana dilinin tədrisi ilə bağlı fəaliyyəti ilə əlaqədar olub.”
Vahid Qarabağlı Ana Dili Günü ilə bağlı həbs edilmiş digər milli fəalların durumundan danışaraq, onların bəzisinin azadlığa buraxıldığını desə də başqalarının hələ də həbsxanalarda olduğunu bildirib.
Vahid Qarabağlı 2006-cı ildə May etirazlarının ildönümününə hazırlıqlara da toxunaraq, güneyli milli fəalların artıq bir neçə ildir müxtəlif aksiyalar təşkil etdiyini deyib. Lakin onun sözlərinə görə, İran hökuməti son illər may etirazlarının ildönümü ərəfəsində nümayişlərin qarşısını almağa çalışır: “İran hökuməti get-gedə bu etirazların qarşısını almaq üçün təzyiqlər göstəməyə başladı və fəalları bir ay öncə ETTELAAT-a çağıraraq, etiraz nümayişlərinə qatılsalar, onların həbs ediləcəyi ilə bağlı təhdid etdi və ya onları əvvəlcədən həbs etdi. Meydan və küçələrdə polis rejimi yaratdı və bu etirazların əvvəlki kimi keçirilməsini qeyri-mümkün etdi.”
Vahid Qarabağlı qeyd edib ki, milli fəallar 2006-cı il hadisələrindən sonra hərəkatda gedən dəyişiklikləri dəyərləndirərək, May hadisələrinin ildönümündə öz milli-mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyət göstərirlər.
Müsahibənin videosuna qaynağımız olan aşağıdakı linkdən baxa bilərsiniz:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 849 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |