Şrift:
Zəncan və Əbhər zindanlarında iki nəfərin edam hökmü icra olunub
28.04.2015 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İslam Cümhuriyyətində edam cəzaları durmadan artır.
Məlumata görə, Güney Azərbaycanın Zəncan və Əbhər şəhərlərində daha iki nəfərin məhkəmə hökmü icra olunub. Zorlama və şərarətdə günahlandırılan məhbuslar Zəncan və Əbhər zindanlarında dar ağacından asılıb.

Məhkumların hökmü aprelin 26-da icra olunub.

Həmçinin “Herana” xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, keçən günlərdə Kirman və Ciroft şəhərlərində 5 nəfər edam edilib. Edam hökmlərinin üçü Kirman və ikisi Ciroft həbsxanmasında icra olunub.

Narkotik maddələrinin qaçaqmalçılığında ittiham edilən məhkumların edam hökmünmün icrası barəsində hələlik rəsmi məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed