12.01.2012 [14:33] - Güney Azərbaycan-Təbriz
GÜNEY AZƏRBAYCANDA VARLIQ MƏKTƏBİ
1960-70-ci illərdə Güneydə milli məsələlərlə maraqlanan kəsim arasında başlıca müzakirə mövzuları əsasən iki kitabda – Təbrizli Əlinin “Ədəbiyyat və milliyyət” və Əlirza Nabdilin “Azərbaycan və milli məsələ” adlı əsərlərdə öz əksini tapdı. Bu önəmli qaynaqlardakı ziddiyyətli ideyalar milli ideologiyadakı ziddiyyətli durumu göstərirdi.
Milli ideologiyada yeni mərhələ İslam inqilabı və ondan sonra başladı. İnqilab gedişində bir-birinin ardınca işıq üzü görməyə başlayan anadilli mətbuatda və ayrı-ayrı kitablarda Azərbaycanla bağlı məsələlərin müzakirəsi genişləndi. Bu çoxsaylı mətbuat bütövlükdə və ayrı-ayrılıqda xüsusi mövzudur və inqilabdan sonrakı mətbuatın milli fikrin inkişafında möhtəşəm rolunu inkar etmək mümkün deyil. Bununla belə sözümüzün başında xüsusi olaraq ifadə edək ki, İslam inqilabı ilə başlanan (indi də davam edən) mərhələnin əsas hərəkətverici qüvvəsi Varlıq dərgisi və onun ətrafında toplanmış milli ziyalılar oldular. Varlıq 1979-cu ilin aprel ayında yola çıxdı, artıq 33 ildir bu yoldadır. Əslində “yola çıxdı” yox, “bir çox məsələlərə yol açdı” desək, daha doğru olar. Çünki bu illər ərzində Varlıq başlı-başına zəngin bir məktəb yaratmışdır. Varlıq İranda yox sayılan Türklüyün varlığını qorumağı hədəflədiyi üçün ən həssas məsələlərin üstünə getməyə borclu oldu. Bu kiçik yazıda Varlıq dərgisinin üstündə durduğu əsas mövzuların - Türk millətçiliyinin birinci dərəcəli tələbləri olan tarixi keçmiş haqqında doğru-dürüst konseptin işlənməsi və gələcək haqqında əsaslandırılmış ideyaların qısa icmalını verməklə kifayətlənəcəyik.
Türkçü tarixi keçmiş konsepti
Dərgi çapa başlayanda (indi də) hakim paniranizm və Fars irqçiliyinin Azərbaycan və bura Türklüyünün tarixi ilə bağlı əsas müddəaları bəlli olduğu kimi bunlardan ibarət olmuşdur (ibarətdir): Azərbaycanın ən qədim əhalisi Arilər olmuşlar; onlar Fars dilinin ləhcələrindən birində - “Azəricə” danışmış, ancaq sonralar “vəhşi” Türk və Moğol tayfaları onların dilini “gılınc gücünə zorla dəyişdirmişlər”; “İranın milli vəhdətini təmin etmək” üçün Azərbaycan əhalisini Farslaşdırmaq lazımdır və s. Varlıq dərgisində tarix mövzusunda yazılmış məqalələr bu irqçi konseptin birbaşa təkzibinə yönəlmişdir.
Azərbaycan Türklüyünün etnogenezi məsələsindəki fikir ayrılıqları Varlıq dərgisinin tarixlə bağlı yazılarında da hiss edilir. Bu məsələdə bir-birindən fərqli iki yanaşma – populyar-təbliğati və obyektiv-elmi baxış öz əksini tapmışdır. Birincilər Azərbaycan Türklüyünün tarixini elmə məlum olan, ancaq etnik mənsubiyyəti hələ tam müəyyənləşdirilməmiş ən qədim tayfalar – Kutlar, Lulubeylər, Madlar (Madaylar) və başqaları ilə bağlayır, bu yolla paniranizm və Fars irqçiliyinin əsas tezislərindən birini çürütməyə çalışırlar.
Türklərin etnogenezi və tarixi haqqında obyektiv-elmi yazılarda göstərilir ki, mütləq mənada avtoxton əhali/xalq yoxdur, çağdaş xalqların hamısı etnik tarixlərinin müəyyən mərhələsində bir yerdən başqa yerə köçmüş, həmin yerlərdə özlərinə vətən qurmuşlar. Bugünkü İran ərazisində yaşayan başqa xalqlar, bu sıradan elə Farsların özü də, Türklər kimi buraya başqa yerlərdən köçmüşlər. Bu da nəinki mütəxəssis tarixçilərə, hətta Türklərin “yad və gəlmə” olmalarını iddia edən şovinistlərə belə bəllidir. Bir sıra maraqlı məqalələr müəllifi mərhum Dr. Həmid Nitqi Türkiyə tarixçisi Doğan Avcıoğluya istinadən yazırdı: “Dünya millətlərinin çox cüzi hissəsi öz ilkin ərazilərində yaşamaqdadır və hazırda sakin olduqları ərazilərin etnos adlandırdığımız yerli əhalisinə nadir hallarda rast gəlmək olar. Etnosların çoxu miqrasiyalar, hazırkı ərazinin – bugünkü vətənlərinin əhalisi ilə qarışma nəticəsində formalaşmışdır.”
Azərbaycanın qədim “Farsdilli” sakinləri ilə bugünkü Türkdilli əhalisi arasında iki min ildən çox keçməsinə baxmayaraq, onlar arasında bərabərlik işarəsi qoyan elmdən uzaq tezisə cavab olaraq Varlıq dərgisinin naşiri və baş redaktoru Dr. Cavad Heyət yazır ki, Əhməd Kəsrəvinin “Azəri dili” haqqında kəşfi doğru olsa belə, o bugünkü Azərbaycan əhalisinin varlığına kölgə sala bilməz. Çünki “İranın çağdaş Türkdilli əhalisi elm tərəfindən kimliyi (etnik mənsubiyyəti) dəqiq müəyyən edilməmiş tayfa və qəbilələrin tarixi deyil, Mərkəzi Asiya və qonşu regionlarda böyük dövlətlər qurmuş, mədəniyyətlər yaratmış qədim Türklərin (Hunlar, Savirlər, Xəzərlər, Göytürklər, Uyğurlar və b.) tarixini nəzərdə tutur.” Başqa sözlə, Dr. Cavad Heyətə görə, ərazinin deyil, bu regionun çağdaş əhalisinin tarixinin araşdırılıb, izlənməsi gərəkli sayılır. Mərhum Əli Kamali yazırdı: “Türkün babaları və iyidləri keçən qərinələrdə Xanbalığından [Pekindən] girib, Dehlidən çıxıblar, Rusiyada vurub, Otrişdə [Avstriyada] tutublar, Hindistanda bütləri sındırıb, Bağdada göndəriblər, Macarıstana ayaq qoyub, Xarəzmdə qurultay qurub, Qəznədə, Dehlidə, Carcaniyədə, Pekində, Marağada, Sultaniyyədə, Bağdadda, Şirazda, Kirmanda, Təbrizdə, İstanbulda, Pənahabadda, İsfahanda, Ankarada, Qahirədə taxta oturublar.”
Çağdaş Azərbaycan Türklüyünün etnogenezi məsələsinə toxunan yazıların əksəriyyətində doğru olaraq göstərilir ki, bu problemi ancaq ümumtürk etnogenezi çərçivəsində həll etmək mümkündür. Problemin araşdırılması əsasən qədim Türklərin ilkin vətəninin (oykumeninin) lokalizasiyası məsələsi ilə başlanır və Türk oykumeninin Altay dağları, Altay-Ural hövzəsi olduğu təxmin edilir. Bu bölgədə Hun boylarının miladın ilk yüzillərində böyük imperatorluq qurması, İslamın zühuruna qədərki dövrdə onların Mərkəzi Asiyada hakim siyasi qüvvə olduqları, 552-ci ildə əsası qoyulmuş Göytürklər dövləti, bu dövlət birləşməsində başqa Türk boyları – Uyğurların (744-cü ildə) və Qırğızların (840-cı ildə) hakimiyyəti ələ keçirməsi, 925-ci ildə Moğolların hücumları, yerli Türklərlə onların etnik yaxınlığı və Türk boy bəylərinin yeni dövlətin ali hakimiyyətində iştirakından bəhs edilir.
“Azərbaycanın Türk yurduna çevrilməsi” deyilən məsələdə dünya Türkologiyasındakı fikir ayrılığı və mübahisələr Varlıq üçün də səciyyəvidir. Xüsusən bu, Azərbaycanda Türklüyün aparıcı elementə çevrilməsi dövrünə aiddir. Məsələn, Dr. Həmid Nitqi “Qafqaza və İrana Oğuz, Qıpçaq tayfalarının kütləvi surətdə gəlmələri və bu ərazidə əsrlər boyu yaşayan Türkdilli tayfalarla qaynayıb-qarışmaları” nəticəsində miladın VII-X yüzillərində Azərbaycanda Türklərin əsas elementə çevrildiyini və Azərbaycanda Türk dilinin formalaşdığını göstərir. Mərhum Dr. Məmmədtağı Zehtabi yazır ki, “miladdan əvvəl Xəzərin şimalından Qafqazın cənubuna axıb yerləşmiş Qıpçaq Türkləri ilə təzə Azərbaycana gəlmiş Oğuz Türkləri qarışır və Azərbaycanda tədriclə əksəriyyət təşkil edib, hökumətlər qurmağa başlamışlar”, ancaq “X əsrə qədər Türklər Azərbaycan torpaqlarında əksəriyyət təşkil etməmişlər.” Dr. Cavad Heyət isə hesab edir ki, “Azərbaycan çox qədimdən Türk el-tayfalarının yurdu olmuş, şimal hissəsi miladın yeddinci əsrində və cənub hissəsi də 11-13 miladi əsrlərdə, yeni gələn Türk ellərinin bu ölkədə yerləşmələrilə bütövlüklə Türkləşmiş və Türk dili ümumxalq dili halına gəlmişdir.”
Türklərin kütləvi axınının İrana “bədbəxtliklər gətirdiyini” iddia edən irqçi müəlliflərə cavab olaraq Dr. Cavad Heyət, Dr. Həmid Nitqi və b. IX yüzilin sonlarından etibarən 900 il hakimiyyət başında olan Türk hökmdarlarının 270 il hakim olan Fars hökmdarları müqabilində İran tarixində böyük yeri olduğunu qeyd edirlər. Cavad Heyət göstərir ki, Oğuz Türklərinin İrana gəlişi “İslam aləmini Bizanslıların hücumlarından qurtardı, üstəlik, onlar Kiçik Asiyanı Bizanslılardan aldılar və özləri üçün İslam vətənini yaratdılar.” Başqa bir məqaləsində isə Cavad Heyət Səfəvilərin İran tarixində oynadığı roldan bəhs edərək yazır ki, “Şah İsmayıl Türk olmasına və Türkcə şeir yazmasına baxmayaraq, İranın istiqlaliyyəti uğrunda Osmanlı Türkləri ilə vuruşurdu, özü də ətrafdakılar ona mane olmasaydılar canını belə bu yolda qurban verəcəkdi.”
İrqçı müəlliflərə cavab olaraq tarixi mövzulara həsr olunmuş yazılarda göstərilir ki, Türklərin, eləcə də Moğolların İrana kütləvi köçündən sonra siyasi hakimiyyəti ələ almış Türk hökmdarları nəinki Fars dilini sıxışdırmamış, əksinə, bu dilin dövlət idarələrində işlənməsinə, ədəbi əsərlərin Ərəbcə deyil, məhz bu dildə yazılmasına şərait yaratmış, hətta onlardan bəziləri (Məlikşah, Sultan Səncər və b.) Farsca şeir yazmışlar. Dr. Cavad Heyət yazır: “Heç kəs Fars dilinin İrana xaricdən, yəni Ceyhunun o tərəfindən Qəznəvi və Səlçuq Türkləri vasitəsilə gəldiyini, Türk sultanlarının qüdrəti ilə İranın, Kiçik Asiyanın və Hindistanın rəsmi və ədəbi dilinə çevrildiyini və sonralar Türkdilli klassik şairlərin həmkarlığı ilə ədəbi dil səviyyəsinə yüksəldiyi faktını inkar edə bilməz.”
Bir sözlə, İslam inqilabından sonra Varlıq dərgisi milli ziyalıların tribunası olmuş, milli fikirdə tarixi keçmiş konseptinin formalaşmasında mühüm rol oynamışdır. Bu konseptin əsas müddəaları bunlardır: Qədim Türklər kimi Farslar və b. da tarixin bəlli dövlərində İran coğrafiyasına köçmüşlər; Türklərin etnogenezinin hələ yaxşı öyrənilməməsi onların Azərbaycanda ilk dəfə nə vaxt məskunlaşması haqda tutarlı fikir söyləməyə imkan vermir, ancaq rahatlıqla iddia etmək olar ki, Türklər miladın başlarından çağdaş Azərbaycan ərazisində yerləşməyə başlamışlar; Türklərin Mərkəzi Asiyada başlanan qüdrətli və köləlik tanımayan tarixi ilə bu tarixi yaradanların varisləri fəxr etməlidirlər; Ərəb hakimiyyətindən sonra İranın ali hakimləri olan Türk hökmdarları Fars dilinin dövlət idarələri və mədəni həyatda işlədilməsini təmin etmişlər.
Gələcəyə yönəlik ideyalar
Varlıqın özünü “kültür dərgisi” elan etməsinə baxmayaraq, milli orqan olması üzündən siyasi məsələlərə də fikir bildirmək məcburiyyətindədir. Dərginin davamlılığını təmin etmək üçün (o, Güneydə ən davamlı mətbu orqandır) bu münasibət bir qayda olaraq dolaylı yollarla bildirilmişdir.
Mövcud şərtlərdə paniranizm və Fars irqçiliyi ilə mübarizənin ən səmərəli yollarından biri Pəhləvi rejiminin milli siyasətinin tənqidi və ifşasıdır. Odur ki, yaxın keçmişə həsr edilmiş məqalələrin ana xəttini bu rejimin Türklüyün varlığına vurduğu zərbələrin izahı təşkil edir. Saysız yazılarda şah rejiminin Azərbaycanda yeritdiyi farslaşdırma siyasəti qəzəb və nifrətlə yad edilir; milli zülm siyasətinin forma və yolları açıqlanır. Varlıq dərgisinə görə, Pəhləvi rejiminin Azərbaycan Türklərinin varlığını danıb, onu zorla farslaşdırmaq siyasəti mürtəce siyasət olmuş və çoxmillətli ölkənin normal inkişafına qarşı yönəlmişdi; indiki İslam rejimi Pəhləvi irsindən imtina etməli, Fars olmayan xalqların hüquqlarını təmin etməlidir.
Varlıq dərgisinin (bu fikir başqa Türk mətbu orqanlar üçün də keçəklidir) belə bir cəhəti təəssüf doğurur: Dil və mədəniyyət sahəsində irqçi siyasətin ifşasına xüsusi diqqət yetirilməsi ilə müqayisədə bu siyasətin ictimai həyatın başqa sahələrindəki (məs., inzibati həyatda) nəticələri az izlənilir, sosial-iqtisadi sahə isə tamamilə diqqətdən kənarda qalır. Həssas siyasi mövzu sayıldığından 21 Azər hərəkatı mövzusuna da bilərəkdən girməmək xətti tutulub.
“İran hamımızın ümumi vətənidir” düsturunu tez-tez təkrarlamaqla yanaşı, Varlıq dərgisi Bütöv Azərbaycan ideyasına da yad deyil. Tarix və dil haqqındakı məqalələrdə Quzey Azərbaycanın əski İranın bir parçası olması fikri də, bizcə, dərginin davamlılığını təmin etmək istəyindən başqa, həm də Bütöv Azərbaycan idealını gündəmdə saxlamaq arzusundan doğur. Quzey Azərbaycanın “Azərbaycan” adlandırılmasının “bir səhv” olması, onun “Aran olması” haqqında əsassız yazılar da Varlıq yazarlarının, xüsusilə Dr. Cavad Heyətin sərt elmi məqalələrinin mövzusu olmuşdur. Quzey Azərbaycanı Güneydə tanıtmaq baxımından Əli Bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə kimi böyüklərimiz, eləcə də Quzeyli yazıçılar və onların yaradıcılığı haqqında xeyli məqalə yayınlanmışdır.
Varlıq mövcud olduğu dövrdə həm də mədəni mərkəz funksiyasını daşımışdır. Bu baxımdan Ərəb qrafikinin və Fars əlifbasının Türkcəyə uyğunlaşdırılması məsələləri haqqında Varlığın təşəbbüsü ilə təşkil edilən seminarlar və bu seminarlarda qəbul edilən yazı qaydaları diqqəti çəkir. Yazı qaydalarının (orfoqrafiya) bəlirlənməsi mühüm mədəni hadisə olmaqdan başqa, həm də İranda Türkcə yazıların Fars qəlibindən qurtarılması kimi qiymətlədirilməlidir.
Son söz
Varlıq dərgisi Türk varlığını Fars irqçiliyinin hücumlarından qorumaq üçün yarandı. Bununla işi bitmədi. O, milli ideologiyanın biçimlənməsində mühüm rol oynadı və bu missiya davam etməkdədir.
Varlıq dərgisi Türk ziyalıları üçün məktəb oldu. Dr. Həmid Nitqi, Dr. Cavad Heyət, Dr.Məhəmməd Əli Fərzanə, Dr. Məmmədtağı Zehtabi, Prof. Qulamhüseyn Beqdeli, Prof. Həmid Məmmədzadə, Mir Hidayət Hisari, Dr. Səməd Sərdariniya, Əli Kamali kimi ustad və ağsaqqalların yanında yeni aydın nəsil yetişdi.
Varlıq məktəbinin ən önəmli xidməti isə minlərlə gənc insana milli şüur gətirməsi oldu. Varlığın səpdiyi toxumlardan milli şüura sahib yeni gənclik yetişdi. Meydanlarda səslənən “Haray, haray, mən Türkəm!”, “Türk dilində mədrəsə, olsun gərək hər kəsə!”, “Təbriz, Bakı, Ankara, Farslar hara, biz hara!” hayqırtıları Varlıq məktəbinin möhtəşəm işinin məntiqi sonucudur.
Prof. Nəsib Nəsibli

Bu xəbər oxucular tərəfindən 3664 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |