Şrift:
Milli Olimpiya Komitəsi I Avropa Oyunları ilə bağlı ABŞ-ın anti-Azərbaycan kampaniyasını çirkin oyun adlandırdı
28.04.2015 [13:53] - Gündəm, İdman
“İdman oyunları zamanı Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması bəhanədir. Bu kampaniya Azərbaycanın, onun inkişafının əleyhinə aparılan kampaniyadır”.

Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə son araşdırmalar nəticəsində məlum olan məsələyə - anti-Azərbaycan kampaniyasının ABŞ Dövlət katibi Con Kerrinin konqresdəki ofisindən idarə olunması, Azərbaycanın cəzalanması üçün I Avropa Oyunlarından istifadə edilməsinə münasibət bildirərkən deyib.

Komitə rəsmisi bildirib ki, idmanın belə çirkin oyunlara qatılması etik baxımdan çox pis hal hesab edilə bilər: “Idman qurumunun rəhbəri kimi bu fikirdəyəm ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Onların idmanı bu çirkin oyunlara qatmaları əlbəttə ki, etik baxımdan çox pisdir. Idmanla siyasət tamamilə ayrı-ayrı anlayışlardır".

C.Hüseynzadə bildirib ki, Azərbaycana qarşı həyata keçirilən bütün pis əməllər, anti-Azərbaycan kampaniyasını nəinki bir idman qurumunun rəhbər şəxsi, həm də bir Azərbaycan vətəndaşı kimi pisləyir: “Bir Azərbaycan vətəndaşı, bir insan kimi bu məsələləri çox pis qəbul edirəm. Hesab edirəm ki, bu, Azərbaycana qarşı aparılan çıxışlardır”.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed