Şrift:
Traxtur tərəfdarları yenə də döyüldülər və saxlanıldılar (video)
29.04.2015 [14:05] - Güney Azərbaycan xəbərləri, İdman, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol takımının müsabiqələri hadisəsiz ötüşmür.
Aprelin 26-da (ordibeheştin 6-da) Tehranın Qüds stadionunda bu şəhərin “Peykan” komandası ilə “Traxtur” arasında keçirilən müsabiqədə “Traxtur” tərəfdarları təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, milli komandalarını təşviq edən soydaşlarımızdan bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və yaxalanıb. Yaxalananlar arasında Əziz Əkbərzadə adlı bir “Traxtur” tərəfdarının olduğu müəyyənləşdirilib. Onlar 2 saat saxlanılıb və saxlandıqları müddətdə döyülüb və işgəncə ediliblər.

“Traxtur” tərəfdarları müsabiqə bitdikdən sonra stadion ətrafında “Azərbaycan var olsun - Mətinpur azad olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndiriblər.

VİDEO:

Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed