Şrift:
Alimlərin istehsalatda çalışması üçün dövlət qurumun yaradılması təklif edilir
29.04.2015 [14:06] - Xəbərlər, İqtisadiyyat
Azərbaycanda elmlə istehsalatın əlaqələrinin artırılması, alimlərin istehsalat sahəsində də çalışa bilmələri üçün yeni dövlət qurumun yaradılması təklif edilir.

Bu təklifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında çıxış edən akademik, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda elmlə istehsalatın əlaqələrinin artırılması çox vacibdir: "Bu gün Azərbaycan alimlərinin istehsalata çıxmaq imkanları yoxdur. Әvvəllər Elm və Texnika İdarəsi var idi. Düzdür, bu qurumun fəaliyyəti çox hiss edilməsə də, o, alimlərin istehsalata çıxmasına dəstək verirdi. Elmə dəstək verən Elmin İnkişafı Fondu olduğu kimi, elmin istehsalatla əlaqəsini təmin edən struktur da yaradılmalıdır".
Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed