Şrift:
Xalxal şəhərinin icra başçısı: Xalxalda 8000 illik yeraltı şəhər tapılıb
29.04.2015 [14:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xalxal şəhərinin Gərmxana kəndində “Yeddi dam” adlı 8000 illik yeraltı şəhər kəşf olunub.
Bu barədə Xalxalın icra başçısı (fərmandar) məlumat verib. Mehdi Əhmədinin sözlərinə görə, “bu tarixi yeraltı şəhər İran coğrafiyasında daş dövrünə aid olan bir neçə şəhərdən biridir və bu barədə Ərdəbil vilayəti (ostan) və İranın mədəni irslər üzrə mütəxəssisləri araşdırma aparacaqlar.”

O kəşf olunan yeraltı şəhərinin adı ilə bağlı deyib: ““Yeddi dam” yer altında iç-içə olan 7 mənzilə deyilir. Bu tarixi əsərdə də bir giriş yolu var, sonra isə karidorlar (Hansı ki, oraya daxil olmaq üçün güvənlik təchizatına ehtiyac var) vasitəsi ilə 7 mənzili görmək mümkündür.

M.Əhmədi yeraltı tarixi şəhərin yaxınlığında Gərmxana kəndinin bulaqları və içməli suların cari olduğuna işarə edərək Xalxal kəndlərinin qədim olduğunu bildirib. Onun sözlərinə görə, gələn həftə mütəxəssislər bu tarixi yeraltı şəhərini araşdıracaqlar.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed