29.04.2015 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Christian Science Monitor Suriya savaşı və İranın bu savaşdakı rolu ilə əlaqədar “İran nədən zəifləmiş və bahalı müttəfiqini dəstəkləyir” başlıqlı bir analiz yazıb. Onun sözlərinə görə BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Suriyadakı nümayəndəsi İranın Suriyada ildə 35 milyard dollar xərclədiyini iddia edib.
Davam.az xəbər verir ki, www.csmonitor.com saytında dərc olunan təhlili məqalədə qeyd olunub ki, İran Suriyada ildə 35 milyard dollar xərcləyir və bu ölkənin rəhbərliyi iddia edir ki, Suriya onlar üçün stratejik əhəmiyyətə malikdir.
Yazıda Əsəd ordusunun son aylarda gerilədiyi və bir çox ərazinin müxaliflərin əlinə keçdiyi qeyd olunub: “Əsəd rejimi əraziləri itirir. Onun 35 illik müttəfiqi (İran nəzərdə tutulur) isə ona yaraqlı qüvvələr çatdırmaqda çətinlik çəkir. Ama sual bundan ibarətdir ki, ağır sanksiyalar (təhrimlər) nəticəsində özünü zəiflədən İran nə vaxta qədər Əsədə yardımlarını davam etdirə biləcək?!”
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) keçmiş səfiri və yaxın şərq araşdırmaları institutunun üyəsi Robert Ford deyir: “Ehtimal olunur ki, iranlılar bir müddət xarixi qüvvələrdən Əsədə yardım etməkdə istifadə etsinlər, lakin onların sayı getdikcə azalır və Əsədin də vəziyyəti getdikcə pisləşir.”
2010-2014-cü illərdə Suriya ordusu 80 mindən 100 min nəfərə qədər itki verib. İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Livan (Lübnan) Hizbullahı və Əfqanıstandan olan döyüşçüləri Suriyaya göndərərək Əsəd yardım edib. Həmçinin Əsəd üçün savaşmağa 80 min nəfər Suriya ələvisindən ibarət döyüşçü qrupu yaradılıb.
Başqa tərəfdən baxanda isə, İordaniya və Qətər dövlətləri strateji əməkdaşlıq edir və Səudiyyə Ərəbistanı ilə Türkiyə Suriyada sünnü qüvvələrini dəstəkləyir.
Yazıda həmçinin qeyd olunub ki, “Suriya İrana görə Livan və Hizbullaha çatmaq üçün bir körpü rolunu oynayır. İran rejimi Dəməşq və Beyrutu bölgədə İsrail və Qərb dünyasına qarşı “Dirəniş mehvəri” kimi təqdim edir.” Yazıda İranın yüksək rütbəli şəxslərinə istinadən qeyd olunub ki, “İran üçün Suriyanı qorumaq Xuzistanı qorumaqdan daha da vacibdir.
ABŞ qəzeti Beyrutdakı diplomatik qaynaqlara işarə edərək yazıb ki, “İran rejimi hər ay Suriyada 1-2 milyard dollar xərcləyir. BMT-nin Suriya işləri üzrə xüsusi nümayəndəsi Staffan Mistura Vaşinqtonda gizli keçirilən iclasların birində bildirib ki, “İran Əsədi ayaqda saxlamaq üçün ildə 35 milyard dollar xərcləyir.”
ABŞ-ın Suriyadakı sabiq səfiri Ford sonda bunları əlavə edib: “Mənim fikrimcə İranın əməli Almaniya ordusunun 1917-ci ildəki əməlinə oxşayır, hansıki tədricən məğlub oldu. Düşünürəm ki, Əsədin ordusu tədricən zəifləyir və müxaliflər qalib gələcək. Lakin bunun tərsi baş verərsə, mənim üçün sürpriz olacaq.”

Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |